sehiyye.info

ÜST rəhbərindən peyvəndlərlə bağlı ÇAĞIRIŞ

ÜST rəhbərindən peyvəndlərlə bağlı ÇAĞIRIŞ
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Qebreyesus hesab edir ki, bir neçə həftədir dünyada yoluxma və ölüm hallarının azalmasına baxmayaraq, ölkələr koronavirusa qarşı peyvəndləri davam etdirməlidir.
Sehiyye.info xəbər verir ki, o, bunu təşkilatın Şərqi Aralıq dənizi ölkələri üzrə Komitəsinin 69-cu sessiyasında deyib.
"Biz bütün ölkələrdə COVID-19 peyvəndi ilə 70 % əhatə olunması hədəfinə doğru irəliləyərkən ÜST-ə üzv ölkələri prioritet məsələ olaraq bütün səhiyyə işçilərini və yaşlı insanları peyvənd etməyə çağırmağa davam edirik", - Qebreyesus deyib.//bakupost



REKLAM