sehiyye.info

ÜST rəhbərindən KRİTİK AÇIQLAMA: 110-dan çox ölkə...

ÜST rəhbərindən KRİTİK AÇIQLAMA: 110-dan çox ölkə...
Hazırda dünyanın 116 ölkəsi Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) 2022-ci ilin ortalarına qədər hər bir ölkədə əhalinin ən azı 70 faizinin peyvənd edilməsi məqsədinə çata bilmir.

Sehiyye.info Publika.az -a istinadən xəbər verir ki, bu barədə təşkilatın baş direktoru Tedros Adhanom Qebreyesus bildirib.

“Hazırda 116 ölkə əhalinin 70 faizinin peyvənd etmək kimi hədəfimizdən geri qalır”,- deyə Qebreyesus bildirib.

Ümumdünya Səhiyyə Təşkilatının rəhbəri vurğulayıb ki, bəzi ölkələrdə əhalinin peyvəndə əlçatanlığının aşağı olması koronavirusun digər variantlarının yayılmasına səbəb olur.

Qebreyesus bəşəriyyətin bu il pandemiyanı nəzarət altına ala biləcəyini söyləyib.



REKLAM