sehiyye.info

Böyrək sağlamlığı üçün vacib olan vərdiş

Böyrək sağlamlığı üçün vacib olan vərdiş
Diyetoloq Emi Qudson “Eat This, Not That” jurnalına müsahibəsində bildirib ki, susuzluq baş ağrısı, ürəkbulanma, zəiflik və böyrək problemlərinə səbəb olur.

Sehiyye.info xəbər verir ki, diyetoloqun sözlərinə görə, bədənin nəmli saxlanması sidik sisteminin və böyrəklərin sağlamlığı üçün çox vacibdir.


“Su bədəndən toksinləri çıxarmağa kömək edir, qan damarlarının elastikliyini qoruyur. Susuzlaşdırma üçün sadə bir test sidiyin rənginə baxmaqdır. Açıq sarıdan şəffaf bir rəng görməlisiniz, sidik alma şirəsindən daha tünddürsə, bu, maye çatışmazlığını göstərir” - deyə həkim izah edib.

Qudson qeyd edib ki, sağlam bir insan gündə iki litrə qədər maye içə bilər, o cümlədən çay, qəhvə, hər hansı digər içkilər və şorbalar da qəbul edilməlidir. Əgər insanda artıq böyrək problemi varsa, o zaman ona lazım olan suyun miqdarı həkim tərəfindən müəyyən edilir.//publika



REKLAM