Hansı tərəfdə yatmaq ürək üçün faydalıdır?
Gecə yatarkən bədənin pozası, sağ və ya sol tərəfə yatmaq ürəyin işinə təsir edir.
Sehiyye.info Medicina.az-a istinadən xəbər verir ki, somnoloq, kardioloq Nataliya Vyazova ən faydalı tərəfi açıqlayıb.
"Orqanizm üçün sol böyrü üstə yatmaq daha uyğundur.
Çünki mədəaltı vəz, mədə sol tərəfdə yerləşir. İnsan bu tərəfdə yatanda mədədə qalıq qidalar həll olaraq, bağırsaqlara yaxşı ötürülür.
Belə vəziyyət qıcqırma və reflüksdən qoruyur, mədə şirəsi yuxarı axmır.
Sol böyrü üstə yatmaq limfatik, qan və tənəffüs sistemi üçün də faydalıdır.
Eləcə də kürəyi üstə düz uzanmaq da onurğa, bel üçün rahatlaşdırıcıdır.