sehiyye.info

Alzhaymer riskini necə azaltmaq olar..

Alzhaymer riskini necə azaltmaq olar..
Dünyada 24 milyondan çox adam Alzhaymer xəstəliyindən əziyyət çəkir.
Böyrü üstə yatmaq beynin koqnitiv bağlantılarına müsbət təsir edir.
Bu barədə somnoloq Narvan Amini Daily Express-ə müsahibəsində deyib.
“Müəyyən edilib ki, böyrü üstə yatmaq beyin üçün ən faydalı pozadır: bu vəziyyətdə beyindəki interstisial tullantılar (hüceyrələrarası maddə, maye, limfa ilə sorulur – tərc. qeydi) daha tez sorulur, nəinki digər pozalarda”, - həkim deyib.
Amininin sözlərinə görə, beynin bu cür təmizlənməsi Parkinson və Alzhaymer kimi nevroloji xəstəliklərin yaranma riskini xeyli azaldır.
O qeyd edir ki, yuxunun müddəti də Alzhaymer xəstəliyinin profilaktikasında böyük rol oynatır. Alimlər hesab edirlər ki, bunun üçün optimal müddət yeddi-səkkiz saatdır.
Alzhaymer xəstəliyi zamanı düşünmə qabiliyyəti tədricən məhv olur. Bəzi hallarda bu xəstəlikdən qaçmaq mümkün olmur, ancaq qarşısını almaq üçün bir çox məsləhətlər var.
Dünyada 24 milyondan çox adam Alzhaymer xəstəliyindən əziyyət çəkir. Cəmiyyətin ümumilikdə yşlanması prosesi ilə əlaqədar olaraq 20 il sonra bu rəqəmin iki dəfə artacağı gözlənilir.

//sputnik.az



REKLAM