sehiyye.info

Balıq sezonu başlayıb,Omega 3* deposu

Balıq sezonu başlayıb,Omega 3* deposu
Balıq zəngin vitamin tərkibi və güclü qida dəyəri baxımından həm uşaqlar, həm də böyüklər tərəfindən mütəmadi olaraq tükətilməli olan bir qidadır. Xüsusilə qışda təzə və müxtəlif balıqlar dəniz və mövsümə görə həftədə ən az 2-3 gün süfrələrdə olmalıdır. Xalq arasinda ilin 12 ayin olan ve sonlu “r” hərfi ilə bitən aylarda yemək məsləhət edilir.
Qısaca balığın faydalarından bəhs etmək istəyərdim.

İmmunitet sistemini qoruyur

Dediyimiz kimi xüsusilə mövsüm boyunca tükətilən balıq, tərkibində olan yağ turşuları sayəsində immunitet sisteminin gücləndirilməsi üçün lazım olan bir qidadır. Balıqların bədəni infeksiyalara və qripə qarşı qoruduğu tədqiqatlar vasitəsilə sübut edilmişdir. Xüsusilə mövsüm ərzində balıq həftədə iki dəfə tükətilməlidir.
Balıq sezonu başlayıb,yeyin faydalanın
Omega 3* deposu

Balıqlarda, digər heyvanlardan əldə edilən qidalardan fərqli olaraq, doymuş yağ yerinə doymamış yağ turşuları deyilən omeqa-3 yağ turşuları var. Omega3 bədənin istehsal etmədiyi və ən çox balıqda olduğu çox faydalı bir yağdır. Xüsusilə soyuq su balıqlarından, Somon, orkinos(тунцы), skumbriya, sardina balıqları omega3 olaraq olduqca zəngindir. Bizim ərazimizdə olan hansı ki, xəzər dənizində yaşayan balıqlar deyərdim ki, adını yazdığım balıqlardan heçdə geri qalmır. Buna kürüsü ve vitaminləri ilə çox zəngin nərəkimilər fəsiləsindən olan bütün balıqları misal göstərmək olar. Əslində balıqlar arasında fərq qoymamaq lazımdır. Bütün balıqların tərkibində omega-3 yağı turşuları mövcuddur. Omega-3; gözdə sarı nöqtə xəstəliyi riskini azaldır və qan şəkərini tənzimləməsinə, eləcə də ürək-damar sistemi sağlamlığının qorunmasına kömək edir.
Balıq sezonu başlayıb,Omega 3* deposu
Ağıl və İntellekt səviyyəsinin yüksəlməsinə kömək edir.

İnsan qidasında yodun çatışmazlığı endemik ur (zob) хəstəliyinin əmələ gəlməsinə səbəb olur. Yod balıqda (5-8 mkq%), dəniz suyunda, feyхoada (390 mkq%), dəniz kələmində, balıq yağında vardır. Balıq, yod ilə zəngin bir qida qaynağıdır və ağlın (İQ) inkişafında mühüm rol oynayır. Balıq yeyən uşaqların İQ”sünün və öyrənmə qabiliyyətlərinin artdığı görülür. Hamiləliyin ilk üç ayı ərzində müntəzəm balıqlar tükətən anaların gələcəkdə olacaq uşaqlarının qavrama, götürmə, yaddaşlarının güclü olduğu təsdiq edilmişdir.

Bu ürək sağlamlığınızı qoruyur

Balıq bildiyimiz bir ürək dostudur. Balıqdakı omeqa-3 yağ turşuları pis xolesterolu (LDL) azaldır və yaxşı xolesterolu (HDL) artırır. Bu, trigliseridin, yəni bədəndəki əlavə yağın azaldılmasına kömək edir. Qan təzyiqini azaldır, qan dövranını artıraraq ürək çatışmazlığı riskinə qarşı qoruyur.



Sümükləri gücləndirir

Balığın sümüklərə qarşı olan təsiri haqqında heç bilirdiniz? Balıq sümükləridə gücləndirir. Xüsusilə qılçığı ilə yeyiləbilən balıqlar, kalsium olaraq zəngin olduğundan sümüklərin güclənməsinə, möhkəmlənməsinə yüksək tazyiq göstərir . Bu səbəb ilə, sümük əriməsi problemlərindən əziyyət çəkən kişilər, hamilə qala bilməyən qadınlar və yaşlılar bol - bol balıq tükətməsi tövsiyə edilir.



Depressiyadan qoruyur.

Ağır iş tempi və günlük hərəkətli həyat tərzimidə, problemlər bəzən üst-üstə gələ bilir. Xüsusilə şəxiyyət etibarilə buna meyilli olan şəxslərdə stres yerini depressiyaya buraxır. Araşdırmalar göstərir ki, yüksək səviyyədə Omega3 yağ turşuları tükətən şəxslər həm depressiya həmdə stresdən uzaq qalır.



Diabet risqini azaldır

Omega-3, gənclərin diabet risqini əhəmiyyətli dərəcədə azaldır. İnsulin funksiyasını artırır və Tip 2 diabetdən qoruyur. Buna görə şəkər xəstəlikləri və şəkərli diabetli insanlar bol – bol balıq tükətmələri onlar üçün çox faydalıdır.

Alzheimer risqini azaldır

Alzheimerə qarşı həftədə iki dəfə balıq yemək çox vacibdir. Bu, insan həyatının uzadılması kimi daha çox xeyirlidir. Balıq yağı və omeqa-3 yağ turşusunun faydalarından biri Alzheimer risqini azaldır. Balıq, Alzheimerin səbəb olduğu yaddaş itkisinin qarşısını alır ve bu xəstəlik üçün çox güclü bir silah kimi istifadə edilir. Daha çox mangal, qızartma kimi yemək tövsiyə edilir.


Balıq sezonu başlayıb,Omega 3* deposu
Zəngin vitamin

Balıq da yağda həll olunan vitaminlər və minerallarla zəngindir. Balıqlarda bol vitaminlər (B1, B2, B6, B12), D və K vitaminləri var. İçindəki qoruyucu yağı turşusu ilə ürək xəstələrinin süfrələrindən əksik etməməsi vacib olan qidaların başında gəlir. Bədənin immunitet sisteminin gücləndirilməsində mühüm rol oynayan Vitamin A, sümük sağlamlığı və inkişafı ilə məşğul olan D vitamini ehtiva edir. Balıq da yod zəngindir. balıq; Dəmir və sinq kimi bədən üçün çox vacib olan iki mineral ilə zəngindir.

Balıq sezonu başlayıb,yeyin faydalanın

Hüceyrələri təzələyir və cildi, dərini gözəlləşdirir.

Gəncləri təmin edən qidalar arasında ilk növbədə balıqdır. Balıq tərkibindəki bol protein, zülal ilə hüceyrələri yeniləyir. Əgər kifayət qədər protein alınmazsa, bədəninizin yaşlanma prosesi sürətlənir. Çox balıq yeyən adam, bu prosesi heç yaşamamış kimi olur . Bu səbəblə mütəxəssislər, "Yaz-qış ayırd etmədən bir ömür boyu sağlam və gözəl qalmaq istəsəyənlər üçün bol balıq yeməyi məsləhət edilir.



Uşaqların qavrama qabiliyyətini və diqqətini artırır.

Balıq inkişaf dövründə olan uşaqlar üçün çox vacibdir. Həftədə ən azı bir dəfə balıq yeyən uşaqlar öz fikirlərini daha rahat ifadə edir və diqqətlərini bir nöqtəyə daha rahat cəmləyə bilir. Balıq bol protein, D vitamini, fosfor və kalsium öz tərkibində toplayır . Vitamin D, yaşlılarda baş verə biləcək sümük əriməsinin qarşısını alır və bədənin sümük sisteminin inkişafında böyük rol oynayır.



* Doymamış yağ olan Omeqa 3 (linolenik) qoz, balıq, bütün yaşıl yarpaqlı bitkilərin tərkibində mövcuddur və insan üçün əsas yağlardan biridir.
Orqanizm bu yağı istehsal etmədiyi üçün qidalanma yolu qəbul edilməsi lazımdır. Normal qidalanmada ən idealı həftədə 2 və ya 3 dəfə balıq, zeytun yağı, bol-bol qoz və əncir yeməkdir.

Tədqiqatçılar Omeqa 3 yağ asidinin hüceyrə pərdəsinə keçərək metabolizmaya təsir etdiyini müəyyənləşdirmişlər. Orqanizm üçün vacib olan Omeqa 6 və Omeqa 3 yağları müvazinətli şəkildə qəbul edilməsinin faydaları aşağıdakı kimi göstərilir: ‘’Yaşlanmağı gecıkdirir, dərini gözəlləşdirir. Şaça parlaqlıq verir və qırışıqlıqları azaldır. Həmçinin əgər ana hamiləlikdə və əmizdirmə müddətində kifayət miqdarda Omeqa 3 alırsa, körpənin beyni və görmə bacarığı inkişaf edir. Həftədə ən az 3 dəfə balıq yediymiz vaxt ağıl və zehin sağlamlığı daha yaxşı olur. Şizofreniya, depressiya kimi xəstəliklər az müşahidə edilir.



REKLAM