sehiyye.info

Xərçəngin göstəricisi olan gözlənilməz simptom açıqlandı

Xərçəngin göstəricisi olan gözlənilməz simptom açıqlandı
Ağciyər xərçəngindən ölüm bütün xərçəng ölümlərinin 25%-ni təşkil edir. Xəstəlik erkən mərhələdə aşkarlanarsa, sağalma şansı var. Buna görə də, elm adamlarına öskürək və nəfəs darlığından əlavə, bu təhlükəli xəstəlikdən xəbər verə biləcək başqa bir gözlənilməz simptomun adını çəkməyə imkan verən bir araşdırma çox vacibdir.

Sehiyye.info Qaynarinfo-ya istinadən bildirir ki, Milli Səhiyyə Xidməti qeyri-adi dəyişikliklər aşkar edən insanları yoxlanışdan keçməyə və analizlər verməyə çağırıb. Xüsusilə, barmaqlarda meydana gələn bir dəyişikliyin ağciyər xərçəngi xəstəliyinin əlaməti olsa da, insanlar tərəfindən çox vaxt diqqətdən kənarda qaldığı bildirilir.

Nəşr bildirir ki, ağciyər xərçəngi, ağciyər fibrozu və kistik fibroz tez-tez çomaq barmaq simptomları ilə əlaqələndirilir. Söhbət barmaqların ucları ətrafında əyilən dırnaq plitələrinin deformasiyası ilə müşayiət olunan əl barmaqlarının terminal falanqlarının qalınlaşmasından gedir. Bu vəziyyətdə dırnaq saat şüşəsi kimi yuvarlaq bir forma alır.

Həkimlər izah edirlər ki, bu əlamət sağlam insanda da görünə bilər, çünki bu, irsi haldır. Ancaq müayinə etdirməyin zərəri yoxdur.

Son məlumatlar göstərir ki, kiçik hüceyrəli ağciyər xərçəngi olan xəstələrin 35%-i və kiçik hüceyrəli ağciyər xərçəngi olan xəstələrin 4%-i bu simptoma malikdir.

Barmaqların terminal falanqlarının qalınlaşma mexanizmi hələ tam aydınlaşdırılmasa da, elm adamları bunun ətraflara qan axınının artmasının nəticəsi ola biləcəyini güman edirlər. Simptom xəstəliyin erkən mərhələsində baş verə bilər.



REKLAM