sehiyye.info

Netfçilər xəstəxanasına baş həkim təyin edildi

Netfçilər xəstəxanasına baş həkim təyin edildi
Tibb üzrə fəlsəfə doktoru Hikmət Nağıyev Tibbi Ərazi Bölmələri İdarəetmə Birliyinin (TƏBİB) icraçı direktoru Vüqar Qurbanovun əmri ilə Mərkəzi Neftçilər Xəstəxanasının Cərrahiyyə xidmətləri üzrə direktor müavini - baş həkimi vəzifəsinə təyin edilib.


Sehiyye.info xəbər verir ki, Hikmət Nağıyev 1986-1989-cu illərdə Kardiologiya Elmi-Tədqiqat İnstitutunda əmək fəliyyətinə başlayıb.
O, 1989-cu ildən 1994-cü ilədək Moskva Vişnevski adına Cərrahiyyə İnstitutunda ürək-damar cərrahı, 1994-2001-ci illərdə Həkimləri Təkmilləşdirmə İnstitutunun Damar cərrahiyəsi kafedrasında assistent, 2001-ci ildən bugünədək isə Mərkəzi Neftçilər Xəstəxanasında ürək-damar cərrahı işləyib.

Tibb üzrə fəlsəfə doktoru olan Hikmət Nağıyev son 6 ildə Mərkəzi Neftçilər Xəstəxanasının Ürək-damar xəstəlikləri şöbəsinin müdiri vəzifəsini icra edib.//medicina.az



REKLAM