OMD xəstəxanasına yeni direktor təyin olundu.
K.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutu (OMD xəstəxanası)na yeni direktor təyin olunub.
Sehiyye.infoya bu barədə Pediatriya İnstitutundan məlumat verilib.Məlumata görə TƏBİB-in yeni təyin etdiyi direktor 1 saylı Şəhər Klinik Xəstəxanasının Uşaq Cərrahiyyə Şöbəsinin həkimi,uşaq cərrahı Allahverdi Musayevdir.
Xatırladırıq ki,uzman dr.Allahverdi Musayev 1996-2002-ci illərdə Azərbaycan Tibb Universitetinin Pediatriya fakültəsini bitirmişdir. 2001-2002-ci illərdə Azərbaycan Tibb Universitetinin bazası olan Kliniki Tibbi Mərkəzdə Uşaq Cərrayiyyəsi şöbəsində subordinatura və internatura keçmişdir.
2002-ci ildə Turkiyənin İzmir şəhərində Ege Universiteti Tibb fakültəsi Uşaq Cərrahiyyəsi üzrə Uzmanlıq təhsilinə başlamışdır.
2008-ci il 22 Oktyabrda Fərqlənmə diplomu ilə Uşaq Cərrahı (Yenidoğmuşların Cərrayiyyəsi 2 il – Uşaq Uralogiyası 2 il – Uşaq Torakal Cərrahiyyəsi 2 il ) Uzmanı adını almışdır.