sehiyye.info

Cərrahi əməliyyat sonrası yara izlərinin müalicəsi

Cərrahi əməliyyat sonrası yara izlərinin müalicəsi
Cərahhi əməliyyatdan sonra yara izləri
Bir çoxumuz həyatımızın bir dönəmində cərrahi müdaxiləyə məruz qalırıq. Xüsusən də, qeysəriyyə əməliyyatından sonra xanımlar əməliyyat yaralarının necə sağalacağı barədə narahat olur.

Cərrahi yara – cərrahi əməliyyat zamanı adətən bir lanset istifadə edərək dəridə edilən kəsikdir. Cərrahi yaralar tikişlər, ştapellər və ya cərrahi yapışqan ilə bağlanır. Yara izləri dərinliyinə, formasına görə dəyişir. Buna əsasən də yara izlərinin sağalma müddəti fərqli ola bilər.

Cərrahi əməliyyat sonrası yara izlərini azaltmağın yolları nələrdir ?
Tikişdən sonra yaranan çapıqlar adətən plastik əməliyyat və ya lazer müalicəsi ilə düzəldilə bilər. Çox dərin və çox ağır olmayan çapıqlarda dəri pilinqi aparılır və dərinin görkəmindəki qüsur aradan qaldırılaraq dəri yenilənir. Həkim nəzarətindən kənar nahiyəyə kremlər, yağlar və s. sürtmək olmaz.

Xəstələr əməliyyat sonrasında qısa bir müddət ərzində nəticə görmək istəyirlər. Lakin yara və çapıqların sağalması üçün zaman lazımdır. İlk aylarda nəticə gözləmək düzgün deyil. Əməliyyatdan 1 il sonra dərinin tam bərpası özünü göstərir, dəri rəngi normallaşır. Bəzi hallarda isə yara izi tam itməyə bilər.

Cərrahi əməliyyatdan sonra yaranan yara izlərinin genetikaya bağlı olaraq da sağalma müddətlərinin fərqli olduğu məlumdur. Başqa bir səbəb isə həyat tərzimizdir. Həyatımızda kiçik dəyişikliklər edərək yara izlərini daha sağlam şəkildə və daha tez sağalda bilərik.

Çapıq izlərini azaltmaq üçün nə edə bilərik?
Bol su içməkMeyvə və tərəvəz istifadəsini artırmalıyıqSiqaret və alkoqol istifadəsini azaltmaqİlk aylarda günəş işığından qorumalıyıqXroniki xəstəliyiniz varsa (məsələn, diabet kimi) daim nəzarətdə saxlamaq lazımdırİltihablanmaması üçün gigiyena qaydalarına ciddi əməl etmək lazımdırYaraların sürətli şəkildə sağalması üçün müxtəlif kremlərdən istifadə edə bilərsiniz.
Cərrahi əməliyyatlardan sonra yaranmış yara izlərini sağaltmaq üçün Zed Pharma sizə Rapider kremini məsləhət görür.

İstifadə qaydası:
Nazik qatla gündə 2 dəfə sürtülür

Tərkibi:
Tərkibində unikal özəl formulaya (Mofeks) və bioloji aktiv komponentlərə (Lanovazelin) görə Rapider Baryer kremi zədələnmiş dəridə baryer qatı yaradaraq dərini yumşaldır və qoruyur, yaranın sağalma prosesini sürətləndirir və dərinin yenilənməsini təmin edir.



REKLAM