Estetik burun əməliyyatı haqqında doğru zənn edilən səhv fikirlər
Estetik burun əməliyyatı dünyada ən çox aparılan əməliyyatlardan biridir. Bir çox insanın burnu ilə bağlı narazılıqları var və əməliyyat keçirib, həmin komplekslərindən azad olmaq arzusundadırlar, amma kənardan eşitdikləri doğru olmayan fikirlər nəticəsində əməliyyat fikrinə tərəddüdlə yanaşırlar.
1. Səhv: Çox kiçik və ya irəli yaşlarda estetik burun əməliyyatı həyata keçirilə bilməz.
Doğru: Bu əməliyyatlar üçün aşağı yaş həddi qızlarda 16, kişilərdə isə 18 yaşdır. Daha kiçik yaşdakı uşaqlarda ciddi dərəcədə çətinlik yaşanırsa, nadir hallarda da olsa estetik burun əməliyyatı tətbiq edilir. Kiçik yaşlarda əməliyyat edilən uşaqlarda qığırdaq və sümük inkişaf nöqtələrinə toxunmadan bu əməliyyatı həyata keçirmək mümkündür.
2. Səhv: Bütün estetik burun əməliyyatları eyni üsullarla tətbiq edilir. Doğru: Estetik burun əməliyyatlarında xəstəyə əsasən xüsusi planlama aparılır, çünki insanların görünüşü və problemləri bir-birindən fərqlidir.
3. Səhv: Açıq üsulla aparılan burun əməliyyatlarında yara izi qalır.
Doğru: İndiki vaxtda açıq üsulla aparılan əməliyyatlardan 6 ay sonra yara izini normal gözlə görmək mümkün deyil. Qapalı üsulun ən böyük üstün cəhəti bu müddətin çox daha qısa olmasıdır. Mənfi cəhəti isə dəri altından tətbiq edilməsi və bəzi problemlərə müdaxilə edən zaman yaşanan çətinliklərdir.
4. Səhv: Estetik burun əməliyyatı sonrası ağrılı mərhələdir.
Doğru: Bir çox xəstə əməliyyatın 3-cü günündən ehtibarən ağrı kəsici istifadə etmək ehtiyacı belə hiss etmir. İndiki vaxtda istifadə edilən Ultrasonik Piezo texnologiyası ilə əməliyyat sonrası göyərmə və şişlik daha az olur. Əməliyyatdan sonra ilk 1 həftə müddətində çox hərəkət etməməyə çalışıb, sərt qidalar yeməkdən və gülmək kimi hallardan uzaq olduğunuz zaman demək olar ki, heç bir ağrı hiss etməyəcəksiniz.
5. Səhv: Estetik burun əməliyyatından sonra burun ucu düşür.
Doğru: Burunun ön tərəfinə mütləq şəkildə greft adlanan qığırdaqlarla dayaq verilir. Bu şəkildə dayaq verilməsi sonradan burun ucunun düşməsinə qarşı da müqavimət təmin edir.
6. Səhv: Əməliyyatın ən çətin tərəfi tamponların çıxarılmasıdır.
Doğru: İndiki vaxtda tampon təsirini yaratmaq məqsədi ilə tikiş üsulları, əriyən tamponlar və ya silikon tamponlar istifadə edilir. Xəstənin rahat nəfəs ala bilməsi üçün deşikli silikon tamponlardan da istifadə edilir.
7. Səhv: Burun estetikasında lazer tətbiqi daha yaxşı nəticə verir.
Doğru: Lazerin burun əməliyyatlarında yeri yoxdur. Lazer heç vaxt sümük və ya qığırdağa forma verə bilməz. Nadir hallarda açıq üsul ilə aparılan əməliyyatlardan sonra yara izi gözə çarpan xəstələrdə istifadə edilir.
8. Səhv: Burundakı estetik problemlər yalnız cərrahi müdaxilə vasitəsilə aradan qaldırıla bilər.
Doğru: 10 il əvvələ qədər problemlərin həllində əməliyyatdan başqa alternativ bir üsul yox idi. Hal hazırda isə inkişaf edən toxumaya uyğun dolğu maddələri texnologiyası vasitəsilə də burunun estetik görünüşündə dəyişikliklər etmək mümkündür, amma dolğu,botoks kimi tanınan bu vasitələr burun daxilindəki problemləri aradan qaldırmır.(Qadına.com)