Vilayət Eyvazov ölən polkovnikin yerinə bu şəxsi rəis təyin etdi (FOTO)
Daxili İşlər orqanlarında yeni təyinat baş tutub.
Sehiyye.info xəbər verir ki,məlumata görə, Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazovun müvafiq əmri ilə polis mayoru Güriyel Məmmədov Xətai Rayon Polis İdarəsinin Cinayət Axtarış şöbəsinin rəisi təyin edilib. O bundan əvvəl adıçəkilən şöbənin rəis müavini vəzifəsində çalışıb.
Qeyd edək ki, Xətai Rayon Polis İdarəsinin Cinayət Axtarış şöbəsinin rəisi, polis polkovnik-leytenantı Zəka Səfərov bir müddət bundan əvvəl öz xidməti iş otağında ürəktutmasından vəfat etmişdi.//manşet.az