sehiyye.info

Bu xəstələrin vəziyyəti pisləşə bilər - SOS

Bu xəstələrin vəziyyəti pisləşə bilər - SOS
Payızda ağciyər xəstəlikləri, SARS, koronavirus, həmçinin mövsümi tendensiyaya malik olan ürək-damar sistemi və psixika ilə bağlı xəstəlikləri daha çox pisləşir.

Sehiyye.info xəbər verir ki, bu barədə tibb elmləri namizədi, immunoloq Nikolay Kryuçkov “Moskva 24” telekanalına danışıb. Ekspert bildirib ki, hava şəraitindəki dalğalanmalar orqanizm üçün stressdir. Belə ki, ürək-damar xəstəlikləri olan insanlarda qan təzyiqinin düşməsi, aritmiya, angina və ürəkdə ağrılar yarana bilər. Ağciyər xəstəliklərindən əziyyət çəkənlərdə yüngül öskürək rast gəlinir.

“Xəstəlik yaxşı idarə olunursa və ya insan fiziki olaraq özünü qoruyursa, bu amillər ona daha az təsir edir. Müalicə olunmazsa, ətraf mühit amilləri ona daha güclü təsir göstərməyə başlayır və bu zaman həqiqətən sağlamlıq problemləri ola bilər”, - ekspert bildirib.

İmmunoloqun sözlərinə görə, rütubətin dəyişməsi ilə əlaqədar olaraq payız, qış və yaz fəslləri koronavirus və SARS-in inkişafı üçün əlverişli dövrdür. O, yekunda əlavə edib ki, bu xəstəliklərin yaranmasında havanın rütubətinin böyük təsiri var və elmi tədqiqatlar da bunu bir daha təsdiqləyir.//publika



REKLAM