sehiyye.info

COVID-dən sağalaların 20 faizi postkovid olur - Həkimdən XƏBƏRDARLIQ

COVID-dən sağalaların 20 faizi postkovid olur - Həkimdən XƏBƏRDARLIQ
Həkimlər koronavirusdan qurtulan xəstələrin təxminən 20 faizinin postkovid sindromu yaşadığına inanırlar. Onun əlamətləri arasında ürək, ağ ciyər və digər orqanlara fəsadları rast gəlinir.

Sehiyye.info xəbər verir ki, bu barədə immunoloq Nikolay Kryuçkov “Sputnik” radiosuna verdiyi müsahibədə deyib.

“ABŞ-dan alınan məlumatlara görə, sağaldıqdan sonra gənclər də daxil olmaqla xəstələrin təxminən 20 faizində postkovid sindrom əlamətləri özünü göstərir və ya davam edir. Bu, fərqli formalarda olur, ümumiyyətlə, ciddi təzahürlər deyil, lakin yenə də insanların əhəmiyyətli bir hissəsində rast gəlinir. Xüsusilə yaşlı və xroniki xəstəlikləri olan insanların müəyyən pozğunluqlara məruz qalması ehtimalı daha çoxdur”, - immunoloq qeyd edib.


Həkim postkovid sindromunun təzahürlərinin zəif konsentrasiya, yaddaş, yuxusuzluq, depressiya, ürək və ağ ciyər, həzm sistemi və baş ağrısı problemləri olduğunu bildirib. Ümumi əzələ və baş ağrıları da ola bilər.//publika



REKLAM