Bədənimizin ən çirkli yerləri açıqlandı: Təmizləməsək, bu xəstəliklərə yoluxa bilərik
Elm adamları bədənin ən çirkli yerini açıqlayıb.
Bədənimizin elə hissələri var ki, vanna qəbul edərkən belə təmizlənmir və milyonlarla virusu özündə saxlayır.
Sehiyye.info xarici mediaya istinadən xəbər verir ki, alimlər bu bölgə ilə bağlı məlumat veriblər.
Alimlər bildiriblər ki, bakteriyaların hamısı qulaqda, bağırsaqda, sidik kisəsində, burunda və göbəkdə toplanır. Son araşdırmalarda kirpik və qaşlarda da bakteriyaların olduğu müəyyən edilib.
Bədənimizi mütəmadi olaraq təmizləməsək, zərərli bakteriyalar aşağıdakı xəstəliklərə səbəb ola bilər:
-boğaz infeksiyaları,
-burun vəzilərinin böyüməsi,
-bağırsaq pozğunluğundan sonra qəbizlik və ya ishal,
-iştahsızlıq və həddindən artıq kilo itkisi,
-dəri səthinin zədələnməsi,
-sidik yollarında iltihab.