sehiyye.info

Pulda olan mikroblar sizi xəstəliklərə yoluxdura bilər.

Pulda olan mikroblar sizi xəstəliklərə yoluxdura bilər.
Nağd pulu istifadə edərkən ehtiyatlı olmaq lazımdır. Onun üzərində çoxlu miqdarda mikrobların olmasını nəzərə alaraq mütəxəssislər belə tövsiyə ediblər. Bununla bağlı müxtəlif araşdırmalar aparılıb.
Sehiyye.info bildirir ki,"Mastercard” və Oksford Universitetinin birgə apardığı araşdırmanın nəticələrinə əsasən, bir Avropa əskinası özündə təxminən 26000 bakteriya daşıyır. Hətta ən yeni və təmiz əskinasda mövcud olan bakteriyaların sayı 2400-ə çatır ki, bu da insan sağlamlığı üçün potensial təhlükədir. Bunu nəzərə alaraq, insanlar anlamalıdır ki, tualet qapısının dəstəyinə, ümumi ərzaq məhsullarına və eskalatorun sürahisinə toxunmaq kimi, nağd pulla təmas da potensial təhlükə rolunu oynayır. Mövsümi qrip və digər xəstəliklərin geniş yayıldığı dövrdə nağd pulla təmas barədə qəbul olunan rəsmi beynəlxalq təlimatların olmamağına baxmayaraq, gigiyena baxımından bu dövrdə nağdsız hesablaşmalara keçmək daha məqsədəuyğundur.


"Mastercard” şirkətinin araşdırması onu göstərib ki, insanlar nağd pulu – əsginasları və qəpikləri – natəmiz və çirkli hesab etsələr də, avropalıların yalnız beşindən biri pula toxunduqdan sonra əllərini yuyur. Avropanın 12 ölkəsindən olan 9000 istehlakçı arasında aparılan araşdırmanın nəticələrinə əsasən, nağd pulun ictimai nəqliyyatda əl tutacaqlarından və barda sifariş olunan fındıq kimi ümumi qidadan daha çirkli olmasına baxmayaraq, avropalılar çirkli pul xərcləmə vərdişindən vaz keçməkdə çətinlik çəkirlər. Tədqiqat çərçivəsində aparılan sorğuda iştirak edənlərin ¾ hissəsi nağd pulun mikroblar daşıdığını nəzərə alaraq, onu istifadə edərkən ehtiyatlı olmağın vacibliyini etiraf edib. Buna baxmayaraq, insanlar başqa əşyalara və ya heyvanlara toxunduqdan sonra hər zaman əllərini yuduqları halda, əsginaslarla təmasda bu vərdişə əməl etmirlər. Məsələn, sorğuda iştirak edənlərin 46 faizi heyvanlara toxunduqdan sonra, 36 faizi isə ictimai nəqliyyatdan istifadə etdikdən sonra əllərini yumağa daha çox meylli olduqlarını bildiriblər. Tədqiqat onu da göstərib ki, hər 10 avropalıdan dördünün (37 faiz) iddiasına görə, daha gigiyenik həyat tərzinə keçid etmək üçün gündəlik həyatlarında ən azı bir kiçik dəyişiklik etməyə hazırdırlar. Bu məqsədlə əksəriyyət nağd pulla müqayisədə kartla və ya nağdsız ödənişə üstünlük verdiklərini bildirib. Son araşdırmanın nəticələrindən belə məlum olur ki, nağd pulun gigiyenik problemlərə yol açdığını anlamalarına baxmayaraq, avropalılar onun istifadəsi ilə bağlı vərdişi buraxmaqda çətinlik çəkirlər. "Mastercard Europe” şirkətinin kontaktsız ödənişlər üzrə rəhbəri Kris Kenqas bildirib ki, kontaktsız ödənişlər – innovativ pulköçürmə üsulu olmaqla yanaşı, həm də əsginas və qəpiklərdən istifadə zamanı keçə biləcək mikrob və bakteriyaların təsirini minimuma endirir.



REKLAM