sehiyye.info

Şəkər xəstəliyinin müalicəsi üçün yeni dərman hazırlandı

Şəkər xəstəliyinin müalicəsi üçün yeni dərman hazırlandı
Münhendəki Helmholtz İnstitutunun, Almaniyanın Diabet Araşdırmaları Mərkəzinin və “Novo Nordisk” şirkətindən olan tədqiqatçılar qrupu 2-ci tip diabetin gələcək müalicəsi üçün hormonların yeni kombinasiyasını hazırlayıb.

Sehiyye.info Lent.az-a istinadla xəbərinə görə, alimlər tesaglitazar və GLP-1-in (qlükaqonabənzər peptid-1) hipoqlikemik təsirlərini birləşdirərək yeni yüksək effektiv dərman hazırlayıblar. Yeni dərman artıq heyvanlar üzərində aparılan tədqiqatlarda uğurla sınaqdan keçirilib.

Tesaglitazar preparatı 2-ci tip diabetli xəstələrdə qlükoza və yağ mübadiləsini yaxşılaşdırır. O, hüceyrə nüvəsindəki iki reseptor üzərində hərəkət edərək insulinə həssaslığı artırır. Bu, 3-cü faza klinik sınaqlarında sübut edilib. Bununla belə, tesaglitazar böyrək zədələnməsi əlamətləri kimi arzuolunmaz təsirlərə də səbəb olub.



REKLAM