Tromboz haqqında.Həkim məsləhəti
Cəmiyyətdə trombozdan ölənlərin sayı kifayət qədərdir.Koronavirus bu prosesi daha da gücləndirib.Alimlərin fikrinə görə koronavirus qanda laxtalanma yaradır və ölümün müəyyən hissəsi bu səbəbdən yaranır.
Bu günki mövzu tromboz və onun fəsadları haqqındadır.
Sehiyye.info bu barədə tanınmış həkim terapevt Nərminə Abbasovanın fikirlərini sizə çatdırır.
Tromboz, qan damarlarının və ürəyin boşluğunda intravital qanın laxtalanması prosesidir. Bu proses həm də təhlükəlidir, çünki qan laxtasının bir hissəsi qoparaq qan axını ilə digər orqanlara daşına bilər. Məsələn, alt ekstremitələrin dərin ven trombozu ilə pulmoner arteriya və ya beyin damarlarının tromboemboliyası tez-tez inkişaf edir.Qanın damar daxilində və ya ürək boşluqlarında laxtalanması tromboz, bu zaman əmələ gələn qan laxtası isə tromb adlanır. Tromb orqanizmin limfa damarlarında da əmələ gələ bilir.
Trombun əmələ gəlməsinin əsas səbəbi qanın laxtalanma qabiliyyətinin artması və onun damar daxilində maye halında qalmasını təmin edən sistemin fəallığının azalmasıdır.
Damarlarda əmələ gəlmiş trombun ölçüsü müxtəlif olur. Bəzi hallarda ürək boşluğunu və iri damarların bir hissəsini tamamilə tutan tromblara təsadüf edilir. Lakin damarlarda mikroskopik tromblara da rast gəlmək olur.
Tromb adətən damar divarının zədələnmiş nahiyyəsinə bitişmiş halda olur. Onun tərkibinə trombosit dəstələri və fibrin lifləri ilə əhatə olunmuş formalı elementlər daxildir. Trombun quruluşu və xarici görünüşü onun yaranma sürətindən asılıdır.
Quruluşuna görə trombun 4 növü ayırd edilir:
– Ağ tromb.
Tərkibi trombositlər, fibrin lifləri və leykositlərdən ibarətdir. Onlar qanın sürətlə hərəkət etdiyi damarlarda tədricən əmələ gəlirlər.
– Qırmızı tromb.
Tərkibi trombosit, fibrin lifləri və eritrositlərdən ibarət olur. Trombun bu növü qan cərəyanının zəif olduğu damarlarda əmələ gəlir.
Qarışıq tromb.
Nisbətən çox təsadüf olunan tromb növüdür. Onlar təbəqəli quruluşa malik olurlar. Qarışıq trombun bir hissəsi ağ trombu, bir hissəsi isə qırmızı trombu xatırladır. Onlar tromb venalarında, aorta anevrizmi nahiuyəsində və ürək boşluğunda əmələ gəlir.
Hialin tromb.
Görünüşünə görə trombun başqa növlərindən kəskin fərqlənir. O parçalanmış eritrositlərdən, trombositlərdən və presipitasiyaya uğramış plazma zülallardan ibarətdir.
Trombozun qarşısını necə ala bilərik.
Həkim Nərminə Abbasova qan laxtalanmasının qarşısını almaq üçün əsas tədbirləri bildirməyi özünə borc bildi:
müntəzəm fiziki fəaliyyət;
bədən çəkisinə nəzarət;
həkimin göstərişlərinə əsasən sıxılma alt paltarı geyinmək;
siqaret, alkoqol, narkotik maddələrdən imtina;
soyuq və isti duş;
ürək, endokrin sistem xəstəliklərinin vaxtında diaqnozu və müalicəsi.
Sonda qeyd etmək lazımdır ki,tromboz hazırda çox cavanlaşıb.Vaxtında müayinə və müalicə lazımdır.
[b]MayoMed Medikal Fizioterapiya və Reabilitasiya Mərkəzi
TEL: (012) 464 86 93; 464 86 94; 464 86 95