sehiyye.info

Trombositopeniya və onun yaranma səbəbləri..Həkim məsləhəti

Trombositopeniya və onun yaranma səbəbləri..Həkim məsləhəti
Müxtəlif xəstəliklərdən əziyyət çəkənlər arasında həyat üçün ən təhlükəlisi Trombositopeniya xəstəliyi olanlar az deyil.
Bu xəstəliyin yaranma səbəbləri,eləcə də müalicəsi haqqında nə bilirik.
Bu barədə tanınmış həkim terapevt Nərminə Abbasova Sehiyye.info saytına məlumat verib.
Onun sözlərinə görə bu gün də, Mayomed Klinikasına belə xəstələrdən müraciət edənlərə rast gəlinir.Təbii ki,Trombositopeniyanın müalicəsi çətin və uzun prosesdir.
Orqanizmdə trombun ilkin əlamətlərini bilməklə həyat üçün təhlükəli vəziyyətlərin qarşısını almaq mümkündür. Qan laxtasının ayaq venalarında toplanması dərin venaların trombozuna gətirib çıxarır. Trombun təhlükəliyi onun gizli qalması ilə əlaqəlidir. Və ən qorxulusu ondan ibarətdir ki, laxta istənilən an damar divarından qoparaq, ölümlə nəticələnə bilər.

Tromb – maye halından bərk və ya yarımbərk formaya çevrilən qan laxtasıdır. Ümumiyyətlə, laxtalanma orqanizm üçün vacib bir prosesdir. Onun köməyilə müəyyən vəziyyətlərdə, məsələn, adi kəsik və ya travmalar zamanı külli miqdarda qan itkisinə yol verilmir.
Trombositopeniya və onun yaranma səbəbləri..Həkim məsləhəti
Venada tromb yarandıqda o hər zaman sorulmur. Trombun damar daxilində qalması gələcəkdə təhlükəli və hətta ölümçül vəziyyətlərlə qarşılaşma ehtimalını artırır.
Trombositopeniyanın yaranma səbəbləri müxtəlif ola bilər.
-Trombosit istehsalının azalması
-Dalaqda tələyə düşən trombositlər
-İmmunitet sistemi tərəfindən trombosit məhv edilməsi
-Müftəlif bakterial infeksiyalar
-Genetik şərtlər və s.
Trombositopeniyanın nəticələri və riskləri barədə :
Qan damlalarında trombosit sayı kimi görünən bu vəziyyətin bir çox əlaməti ciddi və ya həyati təhlükəsi yoxdur. Sayı normal bir səviyyədən düşdükdə, hər mikrolitr qan başına 450.000-150.000 ilə yalnız 50.000 trombosit arasında dəyişir, bununla birlikdə müalicə vacibdir və qanaxmanın dayandırılması çətin ola bilər. Beyində qanaxma ağır trombositopeniya hallarında mümkündür və ölümə səbəb ola bilər.
Həkim Nərminə Abbasova Trombun ilkin əlamətlərini bu cür əlaqələndirir :
-Yorğunluq
-Ayaqlarda şişkinlik
-Tənəffüsün çətinləşməsi
-Sinədə ağrı və ya tənəffüsün ağrılı olması,
-Qan laxtasının əlamətləri – qızdırma və tərləmə
-Başgicəllənmə və bayılma
-Ürək döyüntülərinin tezləşməsi
-Öskürək
-Baş ağrıları
-Ayaqda ağrı və ya həssaslığın artması
-Dərinin isti olması,
-Damarların qızarması
-Baldırda ağrı və s.

Bu kimi simptomlar varsa dərhal həkimə müraciət etmək lazımdır.

TEL: (012) 464 86 93; 464 86 94; 464 86 95
MOB: (051) 866 02 20; (051) 567 66 96
ÜNVAN: Bakı, Nərimanov, Əhməd Rəcəbli-207.

Trombositopeniya və onun yaranma səbəbləri..Həkim məsləhəti



REKLAM