sehiyye.info

Həkim Nensi Pelosinin səhhətindən danışdı: “Ağır uçuş səhhətinə təsir edib” - VİDEO

Həkim Nensi Pelosinin səhhətindən danışdı: “Ağır uçuş səhhətinə təsir edib” - VİDEO
ABŞ Nümayəndələr Palatasının 82 yaşlı spikeri Nensi Pelosinin Tayvan hava limanında axsaması jurnalistlərin diqqətindən yayınmayıb.

Sehiyye.info xəbər verir ki, travmatoloq-ortoped Nikolay Qnelikanın fikrincə, belə titrək yerişin səbəbi oynaqların artrozu ola bilər. Bu barədə o, “Zvezda” telekanalına məlumat verib.

“Pelosinin yeriməkdə çətinlik problemləri var. Onlar əzələ-skelet sistemi ilə bağlı problemlər ola bilər. Hər halda onun 82 yaşında olduğunu nəzərə almaq lazımdır. Ona görə də yeriyəndə yırğalanır. Bu, nevroloji deyil, dayaq-hərəkət sistemi ilə bağlıdır. Pelosi axsayır. Yəqin ağır uçuş onun səhətinə mənfi təsir edib. Məhz bu səbəbdən o, “ördək kimi yeriyir”, - həkim vurğulayıb.

Sonda həkim ağır uçuşların bütün yaşlı insanlara mənfi təsir etdiyini qeyd edib və xanım Pelosiyə evdə dincəlməyi təklif edib.//publika



REKLAM