sehiyye.info

Koronavirusdan sonra saç tökülməsinin qarşısını necə almaq olar?

Koronavirusdan sonra saç tökülməsinin qarşısını necə almaq olar?
Koronavirusun mənfi təsirlərindən biri də qismən saç tökülməsidir və bu problemə vaxtında diqqət yetirilməzsə, mənfi təsir xroniki xəstəliyə çevrilə bilər.

Sehiyye.info Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə trixoloq Natalya Yakovleva məlumat verib.

“Saç tökülməsinin qarşısını 100% ala bilməyəcəyik. Çünki bu, məhz koronavirusun bədənə təsirlərinin mənfi təzahürüdür. Saç tökülməsinin ilk əlamətləri varsa, dərhal trixoloqa müraciət edin, xalq təbabəti ilə müalicə olunmayın”, - həkim qeyd edib.


Trixoloqun sözlərinə görə, saç tökülməsi koronavirus xəstələrinin yalnız az hissəsində baş verir və xəstəlikdən iki-üç ay sonra başlayır. Həkim yalnız yaşlı insanların deyil, gənclərin də risk altında olduğunu vurğulayıb. Bu problemin keçəlliyə səbəb olması ehtimalı yoxdur, ancaq vaxtında həll etməsəniz, geridönüşü olmayan fəsadlar yarada bilər.

Yakovleva əhalini vitaminlərdən sui-istifadəyə qarşı xəbərdar edib və bunun saç tökülməsinə kömək etmədiyini, əksinə saç köklərinə zərər verə biləcəyini diqqətə çatdırıb. Onun sözlərinə görə, saç hər hansı xəstəliyə və təsirə qarşı çox həssasdır. Odur ki, çox miqdarda vitamin orqanizm tərəfindən qıcıqlandırıcı kimi qəbul edilə bilər.



REKLAM