sehiyye.info

Gündə neçə dəfə və nə qədər yeməli?

Gündə neçə dəfə və nə qədər yeməli?

Bu araşdırmanı oxumadan əlinizi qidaya uzatmayın
Ət yeməyə dəyirmi, dietalar kömək edirmi - qidalanma ilə bağlı müzakirələr özü ilə paralel qaynar müzakirə və diskussiyaları gətirir. Amma istehsalçılar özləri mallarını satmaq üçün çox şeyə hazırdırlar. Əsas odur ki, hər kəsə öz məhsullarının digərlərininkindən daha yaxşı olduğunu sübut etsinlər. “Yeni Müsavat” Rusiya mediasına istinadən yemək məsələsində qarşımıza çıxan bir çox sualları aydınlaşdırmağa çalışır.

Gün ərzində neçə dəfə və nə qədər yeməliyik?

Bu sualla bağlı geniş araşdırma, dolayısı ilə sərt qaydalar da yoxdur. Sağlam insanlar bir qayda olaraq aclıq hissini əsas tutaraq bu məsələdə qərar verə bilərlər. Yəni gün ərzində üç dəfə, böyük porsiyalarla yemək şərt deyil. Beş, hətta yeddi dəfə də, kiçik porsiyalarla yemək mümkündür. Əsas odur ki, həddən artıq yeməkdən və ac qalmaqdan qaça bilək. Britaniya Milli Sağlamlıq Xidmətinin məsləhətlərinə əsasən, kişilər gün ərzində 2500, qadınlar isə 2000 kilokalorilik qida qəbul etməlidilər. Amma bu məsləhətləri fərdi üsulla da tətbiq edə bilərsiz. Əgər siz yediklərinizin kalorisini hesablaya bilmirsizsə və ya hesablamaq istəmirsizsə, o zaman doyan andan etibarən yeməyi dayandırmalısınız.

Yeməyin həcmi, porsiyanın miqdarı nə qədər olmalıdır?

O qədər də böyük olmamalıdır. Bundan başqa, tövsiyə olunan normaları aşmamalıdır. Xatırladaq ki, hər növ qidanın öz miqdarı olmalıdır. Yeməklərin növünə gəlincə, bununla bağlı Harvard İctimai Səhiyyə İnstitutu ekspertləri müəyyən ediblər ki, boşqabın yarıdan çoxunu tərəvəz və meyvə təşkil etməlidir. Onların gündəlik norması 400 qram olmalıdır. Yəni gün ərzində 400 qramdan az meyvə-tərəvəz yeyilə bilməz. Digər hissəni isə karbohidratlar və zülallar təşkil etməlidir ki, bu zaman da üstünlüyü toyuq əti və balığa, dənəli qidalara vermək lazımdır.

Əgər evdə porsiya məsələsini rahatlıqla həll edə biliriksə, restoran və kafelərdə bu məsələ insanı əziyyətə salır. Söhbət ondan gedir ki, son 20 ildə restoranlarda porsiyalar hədsiz dərəcədə böyüyüb. Amma həddən artıq yeməməyin də yolları var. Məsələn, hansısa yeməyi iki-üç nəfər üçün sifariş edin, İsveç masasından imtina edin, iki nəfər üçün hazırlanmış yeməklərə üstünlük verin, əsas yeməyin əvəzinə qarnir və salatları seçin.



Bəs əgər mən arıqlamaq istəyirəmsə? Hansı daha yaxşıdır - aclıq, dieta, yoxsa detoks?

Xeyr, məhdudlaşdırma və yasaqlar bir qayda olaraq çox yeməni stimullaşdırır. Bundan başqa, dieta zamanı orqanizm enerjini qənaət edir və maddələr mübadiləsini zəiflədir. Aclıq da ideal variant deyil - bu da ağır prosesdir. Sürətlə itirilən çəki eyni sürətlə də geri qayıdır. Və bəli, mərhələli aclıq da istisna deyil. Amma onun effektiv və təhlükəsiz olması ilə bağlı təsdiqlənmiş məlumatlar olduqca azdır. Detoksa gəlincə, bunu da marketoloqların uydurması hesab edənlər var. Əslində detoksun mədə təmizlənməsi, tərəvəz qəbulu ilə heç bir əlaqəsi yoxdur. O, yalnız ciddi zəhərlənmələr zamanı lazımdır. Unutmayın: qidalanma ilə bağlı bütün eksperimentlər özündə çoxlu əks göstərişlər nəzərdə tutur. Çəkiyə effektli nəzarət - dietoloqların məsləhəti ilə gündəlik qidanın balanslaşdırılmasıdır.

Gündə neçə dəfə və nə qədər yeməli?
Maddələr mübadiləsi barədə nə etmək olar - onu necə tezləşdirək?

Metobolizm - orqanizmdə baş verən bütün kimyəvi proseslərin toplusudur. Bu proseslər enerji tələb edir. Maddələr mübadiləsinin sürətinə bir çox faktorlar təsir edir: çəki, yaş, cins və genlər. Məsələn, əzələlər yağ hüceyrələrindən fərqli olaraq daha çox enerji tələb edir. Ona görə də böyük əzələləri olan insanların metobolizması da sürətli olur. Nəzərə alaq ki, insanlar yaşlaşdıqca, onun əzələləri də zəifləyir, sürəti azalır. Əvəzində isə yağ hüceyrələri, toxumaları aktivləşir. Bu fakt da onu sübut edir ki, yaş ötdükcə maddələr mübadiləsi zəifləyə bilər. Baxmayaraq ki, siz orqanizminizdəki maddələr mübadiləsinə təsir göstərə bilmirsiz, fiziki hərəkətlər sayəsində nə qədər kalori yandırdığınızı müəyyənləşdirə bilərsiz. Və əgər siz aktiv həyat tərzi keçirirsizsə, bu, ikiqat mümkündür. Ola bilər ki, siz “sürətli metobolizmi var” deyib qibtə apardığınız insanların həyat tərzindən xəbərsizsiniz. Məsələn, onlar gündəlik həyatlarında daha aktiv, qıvraq və enerjilidilər, nəinki digərləri. Odur ki, metabolizmin sürətini artırmaq cəhdləri yersizdir. Edə biləcəyiniz yeganə şey gündəlik fiziki aktivliyinizə daha çox diqqət ayırmaqdır.


Ət yemək vacibdirmi?

Bəli, həkimlər ət yeməyi məsləhət görür. Amma onu həftədə üç porsiya ilə məhdudlaşdırmağı məsləhət görürlər. Bu, heç bir halda sizin ətdən alacağınız faydalı vitaminlərin qarşısını almağa səbəb olmur. Üç porsiya 300-500 qram ətə ekvivalentdir. Sözügedən tövsiyələr sırf onunla bağlıdır ki, 2015-ci ildə Ümumdünya Səhiyyə Təşkilatı qırmızı ətin tükədilməsi və onun orqanizmə təsiri ilə bağlı araşdırma aparıb. Araşdırmanın nəticəsi olan arayışda ÜST nümayəndələri açıqlayıb ki, qırmızı ətin normadan artıq qəbulu prostat və bağırsaq xərçəngi riskini böyüdür. Baxmayaraq ki, təhlükə o qədər də böyük deyil və ət bu növ xərçəngin yaranmasında əsas faktor sayılmır. Məsləhətlərə qulaq asmağa bütün hallarda dəyir.

Şəkər tozu və duz məsələsini necə edək?

Həkimlər gün ərzində 30 qramdan artıq şəkər qəbul etməyi məsləhət görmür. Bu, iki yemək qaşığı deməkdir. Onun miqdarı qəbul edilən qidaların ümumi kalorisindən 10 faiz artığı ötməməlidir. Meyvə şirəsi üçün də bu məsləhət keçərlidir. Onların tərkibindəki şəkər heç də qazlı içkilərdəkindən az deyil. Bu halda siz daha çox kalori qəbul edirsiz, nəinki o meyvəni tam yeyəndə.

Ümumiyyətlə, meyvənin, süd məhsullarının tərkibindəki şəkər sağlam insan rasionunun önəmli hissələrindən sayılır. Və ümumiyyətlə, qidalanma zamanı şəkərdən tamamən imtina etmək ağılsızlıqdır - müəyyən edilmiş dozada onun qəbulu zərərsizdir. Çünki şirniyyatların dozadan artıq qəbulu çəkinin artması və dişlərin sıradan çıxması ilə nəticələnə bilər.

Duza gəlincə, ÜST rəsmilərinin məsləhətinə görə, sağlam insanların ondan gündəlik istifadə norması 5 qramı keçmir. Çay qaşığından bir qədər çox. Bundan başqa, nəzərə almaq lazımdır ki, istehlakçılar duzu bir çox qidaların tərkibinə əlavə edirlər - kolbasa, çips bu kateqroyadadır. Əgər duzlu yeməkləri çox yesəz, bu, birinci növbədə ürək, daha sonra isə mədə-bağırsaq sisteminə ziyan verə bilər. Üstəgəl, adi duzu yodla da əvəz etmək olar. Bu, həm də yod çatışmazlığı probleminin də qarşısını ala bilər.

Hansı məhsullardan imtina etməli?

Ümumiyyətlə, transyağı özündə daşıyan qidalardan - şirniyyat, fastfooddan imtina etmək məsləhət görülür. Bu gün üçün bu növ qidalar gündəlik rasionun 1 faizindən artıq olmamalıdır. Bu yağlar xərçəng və ürəkdə bəzi problemlər yarada bilər. Eyni zamanda unutmaq olmaz ki, birmənalı şəkildə “pis” ərzaq yoxdur, Məsələ ondadır ki, istehlakçı normaları bilməli, sağlam qidanın qəbul dozasını aşağı salmamalıdır.

Konservant və qlütamat - bunlar dəqiq ziyanlıdır?

Xeyr, natrium qlütamat nəinki orqanizm üçün təhlükəli deyil, əksinə, vacibdir. Bu amin turşusu birbaşa zülalın tərkibinə daxildir.

Konservantlara gəlincə, onlar orqanizmdə göbələk xəstəliyinin və bir çox mədə-bağırsaq pozğunluqlarının əsasını qoyur. Əsas məqam da odur ki, etiketində “GMO-suz” sözü yazılan, tamamilə orqanik olan qidaları almaq çıxış yolu deyil. Heç də ortada həmin qidaların GMO-suz olması ilə bağlı təsdiqlənmiş arayış yoxdur.

Tam yağsız ərzaqlar yemək olarmı?

Bu, olduqca çətin sualdır. Qida mütəxəssisləri gün ərzində yağsız südü belə üç fincandan artıq içmənin doğru olmadığını deyir - baxmayaraq ki, yağsız süd məhsullarının tərkibində çoxu miqdarda kalsium var, onlara daha çox kraxmal və şəkər qatırlar. Odur ki, hələlik yağlılıq faizi aşağı olan məhsulları almaq daha məsləhətlidir.

Bəs yerli mütəxəssislər bu məsələ haqda nə deyir? Əslində yeməyin ədvalarla yeyilməsi normaldır və dünyanın bütün mətbəxlərində bu var. Bir var, makaronu quru yeyəsən. Bir də var ona ədvalar əlavə edəsən. Bu, onun həzmini də yaxşılaşdırır. Yemək birmənalı şəkildə göyərtili olmalıdır. Meyvə, ədvalı yemək həzmi yaxşılaşdırır. Yediyin qidanın tərkibində kobud liflər azdırsa, həzmə getməyəcək Əti göyərtisiz yesən həzm olunmyacaq.

Yeməklərin yeyilmə qaydalarına da toxunaq. Birinci yeməkdən 10 dəqiqə əvvəl bir dilim limon, 4 dəqiqə əvvəl isə maye və göyərti qəbul edilməlidir. Bunun effekti böyükdür. Elə bil körpə uşaq anasının südünü gözləyir. Sonra yemək yeyilir. Bizdə birinci və ikinci yemək anlayışı geniş yayılıb. Amma bu, doğru deyil. Bir növ, yəni mono- qida qəbul edilməlidir. Ya ancaq kartof yeməlisən, ya da ət. Bunları qarışdırmaq olmaz.

Ətli xörək yeyəndə yalnız 2 saat sonra çay içilməlidir. Əks halda, bağırsaq daşı yığılır. Ət yeyənlər yırtıcı, davakar olurlar. Ət yeməyəndə doymurlar. Acanda ifrat aqressivləşirlər. Hər gün 2-3 litr çiy su içməyə vərdiş etmək, ilk ayda hər yarım saatdan bir 30 qram çiy su içmək uğurlu müalicə üsulu sayılır.

Orqanizmdə qızdırma, ağrı, zehni və fiziki halsızlıq olanda, yorğunluq və əsəb zamanı qidadan imtina etmək, yalnız aclıq hiss edəndə yemək, yeməkdən 10-15 dəqiqə əvvəl 1 stəkan çiy suyu ilıq şəkildə qurtum-qurtum içməyi həyat normasına çevirmək lazımdır.

Yemək vaxtı və yeməkdən dərhal sonra su içmək düzgün deyil, çünki su 10-15 dəqiqə sonra mədəni tərk edərək özü ilə bərabər mədə şirəsini də yuyub aparır və həzmolmanı pozur. Suyu meyvələrdən 30 dəqiqə, nişastalı qidalardan 2 saat, zülallı qidalardan 4 saat sonra içmək daha yaxşıdır.

Yemək ile ilgili görsel sonucu

Soyuq maye içmək və soyuq xörək yemək mədədə enzimlərin fəaliyyətini zəiflədir. Normal hərarətə çatana qədər mədə enzim ifraz etmədiyinə görə divarı zədələnir. Dondurma yemək mədənin zərif toxuması üzərinə buz parçası qoymaq kimi bir təəssürat bağışlayır.

Çox isti çay içmək və çox isti xörək yemək enzimlərin ifrazını dayandırır, mədənin zədələnməsinə səbəb olur.

Səhər yeməyinə şirəli meyvələrdən başlamaq, ona 2-3 ədəd qoz ləpəsi, yaxud 5-6 fındıq əlavə etmək faydalıdır. Qışda çiy meyvələr əvəzinə quru meyvələrdən istifadə etmək olar. Konservləşdirilmiş, duza qoyulmuş və bişirilmiş meyvə və tərəvəzin orqanizmə heç bir faydası yoxdur.

Gün ərzində ən azı bir qab tərəvəz salatı yemək, gündə üç dəfə qida qəbul etdikdə iki dəfə salat yemək, salatı 4-5 növ çiy tərəvəzdən hazırlamaq faydalıdır. Kök, kələm, pomidor, cəfəri, sarımsaq, çuğundur və yarpağından istifadə etmək daha yaxşıdır. Baş soğanın qidada çox olması, göy soğana üstünlük vermək daha faydalıdır.

Yağlardan mümkün qədər az istifadə etmək; istər kərə, istərsə də bitki yağı və qaymaq həzmolunmanı ləngidir, mədə-bağırsaq sisteminin işini pozur. Evdar qadınlar xörək tam hazır olanda çiy şəkildə yağ əlavə etməli, xörək bişərkən qazana 1-2 növ məhsul tökərək mümkün qədər az qaynatmalıdırlar.

Bişmiş xörəkdən imtina edə bilmədikdə onunla bərabər salat yemək, təzə şirələr - itburnu, moruq və qara qarağat yarpaqlarından dəmlənmiş çay içmək məsləhətdir. Çiy qida bişmiş xörəkdən üç dəfə çox olmalıdır.

Qidaları mümkün qədər çox çeynəyəndə və ağız şirəsi ilə isladanda yaxşı həzm olur, nəticədə orqanizm həzmolma prosesinə az enerji sərf edir. Qidanın həcm və çəkisini 1,5-2 dəfə azaltmaqla daha çox fayda görmək olar.

Məşhur dietoloqlar Kautsidzo Nişi və Pol Breq səhər yeməyini ixtisara salaraq gün ərzində iki dəfə qidalanmağı məsləhət görürlər. Nişiyə görə səhər qida qəbul etmək orqanizm üçün əlverişli deyil, səhər saatlarında axşamdan yeyilən qidaların həzmi davam edir. Günün ilk yarısında orqanizm özünü təmizləyir, buna görə də yoğun bağırsaq axşam qəbul olunmuş qidanı həzm etməyə təzə başladığı vaxt oraya yeni qida göndərmək israfçılıqdır.

Orqanizmə vaxtaşırı istirahət vermək lazımdır, çünki bağırsağın divarları özündə 3 kiloqramdan 25 Kiloqramadək şlak toplayıb saxlayır.//yeni musavat



REKLAM