Həftədə neçə ədəd yumurta yemək olar?
Yumurta əti əvəz edə biləcək zülal mənbəyidir.
O həm də kalsiy, fosfor, D vitamini ilə zəngindir.
Sehiyye.info xəbər verir ki, həkimlər yumurtanın həftəlik miqdarını açıqlayıb.
Böyük yaşlı və sağlam insanlar həftədə 4-5 dəfə yumurta yeyə bilər. Gündəlik norma 2 ədəddir.
Yaşlı və xroniki xəstəliyi olanlar isə həftədə 3 dəfə ilə kifayətlənsinlər.
Ürək-damar tutulması olanlara yumurtanın sarısı məsləhət deyil.
Yumurtadan fayda almaq üçün onu suda bişirib yemək lazımdır.//bakupost