Bu qidalarla çörək yemək olmaz – Diabet və infarkt riski artır
Azərbaycanda az qala çörəyi də çörəklə yemək qədər çörəyə bağlılıq insanlarımızda piylənmə, damar tıxanması, şəkər xəstəliyini artırır.
Elə qidalar, xörəklər var ki, onu çörəklə yemək olmaz.
Sehiyye.info medicina.az-a istinadən çörəklə uyğun olmayan və birlikdə yedikdə zərərli olacaq ərzaqların siyahısını təqdim edir:
1.Meyvə və meyvəli yeməklərlə
Əgər qidada meyvə varsa onun çörəklə yeyilməsi pis həzmə və mədədə qıcqırmaya səbəb olur.
2.Kələmlə
Kələm köp yaradan tərəvəzdir. Onun çörəklə birgə qəbulu mədə-bağırsağa ikiqat təsirdir.
3.Şoraba
Duzlu şoraba ilə çörək yemək mədə şirəsini artırır, mədə divarını qıcıqlandırır, həzmi pozur.
4.Mürəbbə
Bizdə dəbdə olan mürəbbə çəkilmiş çörək qanda şəkəri çox artırır, insanı kökəldir, metobolizmi pozur.
5.Göbələk
Göbələk ayrılıqda özü orqanizm üçün ağır qidadır, ona görə uşaqlara göbələk verilməsi məsləhət deyil. Üstəlik onu cörəklə yemək həzm sistemi çökər.
6.Yağlı qızardılmış yemək
Bu yeməklər də ağır, çətin həzm olunan hesab olunduğundan, onu ağ yox, qara çörəklə yemək məsləhətdir
7.Kartof püresi
Püre nişasta tərkibli olduğu üçün özü çörəyi əvəz edə bilər. Püre ilə çörək elə çörəklə çörək yeməyə bərabərdir.