Dünya ulduzlarının diyetoloqundan: arıqlamağın 4 QIZIL QAYDASI

Maykl Mosli Hollivud ulduzları da daxil olmaqla minlərlə insana arıqlamağa kömək edən 5:2 arıqlama sisteminin müəllifi, tanınmış diyetoloq və yazıçıdır.
Sehiyye.info xəbər verir ki, həkim “MailOnline” üçün son köşə yazısında öz sisteminin dörd universal prinsipindən bəhs edib. Bu prinsiplər arıqlamaq və ya çəkisini stabil saxlamaq istəyənlər üçün bələdçi ola bilər.
Zərərli yeməklərdən qurtulun
Artıq çəkidən xilas olmağa qərar verənlər üçün Mosli bütün zərərli yeməkləri evdən çıxarmağı tövsiyə edir. Arıqlayanların mətbəx şkaflarında, soyuducularında çips, zərərli şirniyyat, xəmir və digər faydasız kalorilərə yer yoxdur. Maykl köşəsində yazır ki, ən birinci ətrafınızda sağlam qidalanmağı asanlaşdıran bir mühit yaratmalısınız.//publika.az