Gün altında yanmağın yaxşı və pis tərəfləri
Hamımız bir az günəşi sevirik. Lakin işıq şüalarına daha çox məruz qalsanız bişirilmiş xərçəng kimi görünə bilərsiniz ya da səhhətinizə həqiqətən ziyan vura bilərsiniz.
Yaxşı tərəfləri:
Günəş şüaları bədənimizə dəydiyində D vitamininə çevrilir. Bu güclü sümüklər və dişlər üçün çox əhəmiyyətlidir.
Ekzema və civzə problemləri olanlar günəşdən faydalanırlar. Günəşli bir gün kimi heç bir şey əhvalımızı yaxşılaşdıra bilməz.
Elm adamları bunun beyindəki pineal hüceyrələr və melatonin hormonlarının səviyyəsi ilə bağlı olduğunu açıqlayıblar.
Gözəl görünürük, solğun da görünmək maraqlıdır. Amma qaralmış bir bədən daha cəzbedici olur.
Pis tərəfləri:
Qırışıqlıqlar. Günəş bizi hər şeydən tez qocaldır. Dərimiz kollagen və elastik deyilən proteinləridən ibarət olduğu üçün bunlar günəş şüalarından ziyan görür.
Günəş altında sadəcə 2-3 dəqiqə qalsanız belə bu mənfi təsir özünü göstrəməyə başlar. Bir dəfə ziyan görən dərimiz yumşaqlığını itirir, zəifləyir, kobudlaşır və qırışır.
Dəri xərçəngi. Dərimiz günəş şüalarını nə qədər çox qəbul edərsə, biz özümüzü o qədər çox riskə atmış olarıq.
Dərimiz açıq rəngdədirsə, yanmışıqsa, ya da günəşin altında çox qaldıqsa o zaman bu risk daha da artır.
Çirkin tərəfləri:
Günəş yanığı. Və şiddətli acı. Bu vəziyyət dərinin üst qatları ultrabənövşəyi şüalanmadan (UV) zərər gördüyündə baş verir, damarların şişməsi və maye ifraz etməsinə yol açan kimyəvi maddələrin sərbəst buraxılmasına səbəb olur.
Bu da xüsusilə gənclər üçün ziyandır. Əgər çox gecsə, bir nüvə reaktoru kimi yanırsınızsa losyondan və günəş yanığı kremindən istifadə edin.
Çoxlu su için, agrıkəsiçi qəbul edin və kölgədə oturun. Dərsinizi alın və gələn səfər özünüzü qoruyacağınızdan əmin olun.//BBC