Günəş şüaları koronavirusla mübarizəyə kömək edir
"Günəş şüaları koronavirusla mübarizə aparan immunitetin hasili və möhkəmlənməsinə yardımçı olur”.
Sehiyye.info Reporta istinadən xəbər verir ki, bunu Qamaleya adına Epidemiologiya və Mikrobiologiya İnstitutunun direktoru Aleksandr Qintsburq deyib.
Onun sözlərinə görə, qış və payız aylarından fərqli olaraq yay aylarında B və A vitaminlərinin miqdarı interferonun artmasına səbəb olur. "Vitaminlər bizim orqanizmdə koronavirus RNT-sini (ribonuklein turşusu) məhv edən zülalların əmələ gəlməsinə yol açırlar. Bu səbəbdən hazırda müəyyən müdafiə mövcuddur və ağır vəziyyət hallarının sayı da hazır, epidemik proses də qış və payız aylarındakı kimi kəskin deyil”.