Açıq havada yeriməyin 5 əsas faydası
1. Çəki atmağa və çəkimizi qorumağa kömək edir.
Artıq kaloriləri yandırır. Bu da yediklərinizin yağ kimi depolanmasının qarşısını alır. Əgər genlərinizdə obezliyə meyllilik varsa, yeriməyi həyat tərzinə çevirməklə bu genetik probleminizdən qurtulma ehtimalınız var. Açıq havada yerimək həm də şirniyyat istəyinizi azaldır.
2. Ürək xəstəlikləri və şəkər xəstəliyi riskindən qoruyur
Həftədə 5 gün, 30 dəqiqə açıq havada yerimək 20% ürək xəstəliyi riskinin qarşısını alır. Son illərdə şəkər xəstəliyi riski daha çox artmaqdadır. Bu xəstəlikdən əziyyət çəkənlər də yeməkdən sonra ən az 10 dəqiqə yeriməklə qan şəkərini stabil saxlaya bilər.
3. Yeriməklə infeksion xəstəliklərdən qoruna bilərsiniz
Yerimək həm də immun sisteminin güclənməsində çox faydalı üsullardan hesab olunur. Alimlərin araşdırmalarına görə gün ərzində 45 dəqiqə yeriyən insanlar, gün ərzində 30 dəqiqə yeriyən insanlara nisbətən 43% daha az qrip xəstəliyinə yoluxur.
4. Mütəmadi olaraq yerimək ruhumuzu təmizləyir və enerji verir.
Yeriməyin orqanizmə nə qədər faydası varsa, həmçinin insanın ruh sağlamlığına, psixologiyasına da bir o qədər faydası vardır.
Xüsusilə yeridiyiniz zaman ətrafınızda yaşıllığın daha çox olması sizə ayrı bir enerji verəcəkdir. Adətən kofeinin bədənə enerji verməsi hər kəsə məlumdur. Unutmamaq lazımdır ki, yerimək kofein və kofein tipli qidalardan daha çox eneji verə bilər. Psixoloqlar adətən yüksək templə yeriməyi müalicə metodu kimi də məsləhət görür.
5. Xərçəng xəstəliyindən qoruyur.
Həftədə ən az 7 saat yeriməklə az yeriyən insanlara nisbətən döş xərçəngi riskini 14% azaltmaq mümkündür.
//medikalmedia