sehiyye.info

Məhkəmədə həkimin etirazı qəbul olunmadı.

Məhkəmədə həkimin etirazı qəbul olunmadı.
Xəbər verdiyimiz kimi Xəzər rayon Məhkəməsində keçirilən prosesdə ağac kəsməkdə ittiham olunan “Andromed” Klinikasının həkimi Mirzə Cəfərquliyevin vəkili İlqar Rüstəmov və digər iki vəkil hakim Əkrəm Qəhrəmanova etirazını bildirib. O, etirazını hakimin icraatındakı məhkəmə işlərində katib və dövlət hesabına təyin olunan vəkilin bacı-qardaş olmasıyla əsaslandırıb.
Bundan başqa hakimin dəyişilməsi və istintaqın yenidən aparılması üçün vəsadət qaldırılıb.
Ötən gün keçirilən növbəti məhkəmə prosesində hakim Əkrəm Qəhramanov etirazlara məhəl qoymayıb və vəsadəti də təmin etməyib.
Arasdırma.info xəbər verir ki,təqsirləndirilən şəxslər istintaqın gedişindən narazıdır.Məhkəmə zamanı sənədlərin və imzaların saxtalaşdırılması barədə fikirlər söylədilər.Bundan əlavə kəsilmiş ağaclara qoyulan qiymət şişirdildiyi üçün təkrar ekspertiza tələb etdilər.
Bütün bunlara rəğmən hakim Əkrəm Qəhramanov məsələni açıq saxlayaraq növbəti məhkəmə iclasını 11 avqusta təyin etdi.
Xatırladırıq ki,iki ağacın kəsilməsi ilə əlaqədar vətəndaş Ruslan İsmayılov,Təbriz Səmədov və Həkim Mirzə Cəfərquliyev 259.3 maddəsiylə təqsirləndirilir.



REKLAM