Koronavirus xəstələrində ən çox görülən simptomlar dəyişdi
2019-cu ilin son həftələrində Çinin Uhan şəhərində ortaya çıxdıqdan sonra qlobal epidemiyaya çevrilən Covid-19-un ən çox görülən simptomları dəyişib.
Sehiyye.info xəbər verir ki, İngiltərədəki Covid-19 xəstələrində ən çox müşahidə edilən simptomların reytinqini hazırlayan “Zoe” koronavirus araşdırma tətbiqində ən çox görülən xəstəlik əlamətlərinin sırası dəyişib. Məlum olub ki, keçmişdə koronovirus epidemiyasında ən çox rast gəlinən yüksək hərarət, öskürək, dad və qoxu itkisi kimi simptomlar daha nadir görülməyə başlayıb.
Məlumatları araşdıran elm adamları və mütəxəssislər indi ən çox görülən simptomun boğaz ağrısı olduğunu açıqlayıblar. Mütəxəssislər baş ağrısı və burun tıxanıqlığının da önə çıxdığını bildiriblər.
Qeyd edək ki, dünyada 6,3 milyondan çox insanın ölümünə səbəb olan koronovirus epidemiyasının başlanğıcında dad və qoxu itkisi ən çox görülən simptomlardan biri idi.//yeniavaz