sehiyye.info

COVID-19 zamanı dadbilmə və iybilmənin bərpası 1 ildən çox çəkə bilər

COVID-19 zamanı dadbilmə və iybilmənin bərpası 1 ildən çox çəkə bilər
"Qoxubilmənin pozulmasına anosmiya (qoxu hissinin tam itməsi), hiposmiya (qoxu hissinin azalması), parosmiya (təhrif olunmuş qoxu hissləri) və hiperosmiya (həddindən artıq qoxu həssaslığı) daxildir. Koronavirusa yoluxmuş şəxslərin əksəriyyətində qoxunun tam itməsi, bəzilərində isə qismən azalması baş verir. İybilmə funksiyasını yoxlamaq üçün 4 qoxu detektorları istifadə oluna bilər. Birinci üsulda xəstənin burnuna kəskin iyli naşatır spirti, ikinci üsulda aseton, ya da benzin, üçüncü üsulda kəskin iyli ətirlər və nəhayət, dördüncü üsulda yemək qoxuları yaxınlaşdırıb iylədilir".

Arasdırma.info APA-ya istinadən xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti Vəfa Pənahian Mustafa deyib. O bildirib ki, koronavirus əlamətlərinə hərarət, öskürək, həmçinin qoxu və dad hisslərində itkilər aiddir: "COVID-19-un səbəb olduğu qoxu və dadın itməsi ilə qrip və ya soyuqdəymənin səbəb olduğu qoxu-dad itkisi arasında da əhəmiyyətli fərqlər var. Koronavirus xəstələrinin qoxusunun itməsi virusun burun, boğaz, dil arxasında yerləşməsi nəticəsində baş verir. Soyuqdəymə halında isə hava yolunun maneə törətməsi səbəbindən qoxu-dad hissi dəyişir. Qrip zamanı itən qoxu və dad itkisinə burun tıxanıqlığı səbəb olur. Soyuqdəymə və tənəffüs yolu virusları zamanı burun tıxanıqlığı dad hissini azaldır. Koronavirus isə dad hissinə birbaşa təsir edir və dadların tam dəyişməsinə gətirib çıxarır.



REKLAM