Hisə verilmiş balıqdan 5 nəfər zəhərləndi — ölən var
![]()
Siyəzəndə 5 nəfər zəhərlənib.
APA-nın şimal bürosunun verdiyi məlumata görə, hadisə rayonun Yenikənd kəndində qeydə alınıb.
Kənd sakini, 1988-ci il təvəllüdlü Quliyev Rahib Əsəd oğlu, onun 3 azyaşlı övladı və bir dostu hisə verilmiş balıqdan zəhərlənib. R.Quliyev Siyəzən Regional Diaqnostika Mərkəzində ilkin tibbi yardımdan sonra Bakıya göndərilib. Tibb müdaxiləyə baxmayaraq o, Respublika Toksikologiya Mərkəzində dünyasını dəyişib.
Digər şəxslərə zəruri tibbi yardım göstərilib.
Faktla bağlı araşdırmalar aparılır.