sehiyye.info

Conni Depp uşaq xəstəxanalarına 800 min dollar bağışladı

Conni Depp uşaq xəstəxanalarına 800 min dollar bağışladı
59 yaşlı aktyor Conni Depp keçmiş həyat yoldaşı Ember Hördlə qalmaqallı məhkəmədən sonra xeyriyyə işlərinə başlayıb.

O, öz hesablarından 800 min dolları müxtəlif xeyriyyə təşkilatlarına bağışlayıb.

Aktyorun ianəsinin Pert Uşaq Xəstəxanası Fondu, Qreyt Ormond Strit Hospitalının Uşaq Xeyriyyə Cəmiyyəti, “Footprint” Koalisiyası və Los-Anceles Uşaq Xəstəxanası arasında bölündüyü bildirilir.

Xatırladaq ki, Ember Hörd üzərində məhkəmədə qələbə qazandıqdan sonra Depp 300 min dollarlıq ziyafət verib.



REKLAM