sehiyye.info

Hepatitdən ilk uşaq ölümü qeydə alındı

Hepatitdən ilk uşaq ölümü qeydə alındı
Uşaqlar arasında mənşəyi məlum olmayan hepatitdən ilk ölüm Yunanıstanda qeydə alınıb.

Sehiyye.info xarici KİV-ə istinadən xəbər verir ki, 13 aylıq körpə uzun müddət davam edən hərarət və ümumi letargiya əlamətləri ilə xəstəxanaya yerləşdirilib. Həkimlər uşağa qaraciyər çatışmazlığı və beyin ödemi diaqnozu qoyublar. Həkimlərin bütün səylərinə baxmayaraq, körpəni xilas etmək mümkün olmayıb.

Mənbənin məlumatında qeyd edilir ki, Yunanıstanda mənşəyi naməlum 11 kəskin hepatit hadisəsi qeydə alınıb. Bütün xəstələrin vəziyyəti hazırda stabildir, heç bir ağırlaşma yoxdur.//publika



REKLAM