sehiyye.info

Amerikalı həkimdən sağlam qidalanma ilə bağlı VACİB TÖVSİYƏLƏR

Amerikalı həkimdən sağlam qidalanma ilə bağlı VACİB TÖVSİYƏLƏR
Amerkalı həkim Maykl Qreqer “Gəbərmə” adlı pəhriz kitabında sağlam qidalanmanın qaydalarını izah edib. Alim əmin edir ki, belə qidalanmaya əməl edənlər nadir hallarda xəstələnir. Kitaba daxil olan bütün reseptlər bitkilər əsasında hazırlanır və əti istisna edir.

Sehiyye.info Publika.aza istinadən bu yazıda oxucuları belə qidalanmanın faydaları və zərərləri ilə tanış edib.

Brokkoli ağciyərləri qoruyur

Maykl Qreqer deyir ki, gündəlik brokkoli istfadəsi ağciyər xərçənginə gətirib çıxaran hüceyrə səviyyəsində DNT-nin zədələnməsinin qarşısını alır və qaraciyərdə detoksifikasiya edən fermentlərin fəallığını artırır.

Brokkolinin ən sadiq dostu meyvələrdir. Onların gündəlik porsiyası ağciyər xroniki obstruktiv xəstəliyinin ölüm riskini 24 % azaldır. Bu zaman insanda tənəffüs çətinləşir, emfizema meydana gəlir və ağciyərdə ağrılı hava yığılır. Ümumdünya Səhiyyə Təşkilatının hesablamalarına görə, 2015-ci ildə dünyada 3.1 7 mln. nəfər ağciyərlərin xroniki obstruktiv xəstəliyindən ölüb.

Meyvə və tərəvəz rasionu həmçinin astmanı yaxşılaşdıra bilər. Gündə bir neçə əlavə pay meyvə və tərəvəz astma tutmalarının tezliyini iki dəfə azaldır

İnsulta qarşı bir fincan moruq

Bitki pəhrizi insult ehtimalını azalda bilər. Bütün məsələ sellülozadadır, məhz o, orqanizmə kömək edir. Gündə bir fincan moruq insult riskini təxminən 7% azaldır. Buna kalium (bir fincan paxlada kifayət qədər kalium var) əlavə edin, o zaman insult ehtimalını 21% aşağı salacaqsınız.

Dənli bitkilər və tərəvəzlər Alzeymer xəstəliyi ilə mübarizədə kömək edəcək

Tədqiqatlar göstərir ki, Alzeymer xəstəliyinin yaranmasının əsas səbəbi genetika deyil. Bunun səbəbi baş beyin arteriyalarının çirklənməsinə təsir edən standart qida rasionu ola bilər. Bəs Alzeymer xəstəliyinin ən aşağı səviyyəsi hansı ölkədədir? Maykl Qreqer iddia edir ki, Hindistanda Alzeymer xəstəliyinə çox az rast gəlinir. Bu ölkənin sakinlərinin rasionuna bitki mənşəli məhsullar, xüsusilə dənli bitkilər və tərəvəzlər daxildir.

Ədviyyatlar xərçəng şişlərinin yaranmasına mane olur

Həkim öz kitabında ABŞ və Hindistan sakinlərinin qidalanma tərzini müqayisə edərək bildirir ki, xəstəliyin yaranması qidalanma tərzindən asılıdır. Hindistan göstəriciləri ilə müqayisədə amerikalı kişilər xərçəng xəstəliyindən 10 dəfə, qadınlar isə 11 dəfə daha çox əziyyət çəkirlər. Səbəbi hind mətbəxində istifadə edilən ədviyyatlardır. Xüsusilə kerri ədviyyatı antikanserogen xassələrinə malikdir.

Viruslara qarşı qarağat

Bitki pəhrizi immuniteti möhkəmləndirə və orqanizmin müdafiəsini gücləndirə bilər. Məsələn, qarağat virus və xərçəng hüceyrələrinə qarşı mübarizə aparır.

Xilasedici tərəvəzlər

Bitki mənşəli məhsulların digər bir üstünlüyü odur ki, qan xərçənginin qarşısını alır. Amerikanın Mayo Klinikasında aparılan araşdırmalar göstərir ki, həftədə üç və ya daha çox göyərti və tərəvəz yeyən insanların qan xərçənginə tutulmaq riski iki dəfə azdır. Həftədə bir dəfə trəvəz yeyən insanlarda isə bu risk çoxdur. Bu qoruyucu təsir yəqin ki, bitkilərdəki antioksidanların yüksək tərkibli olması ilə bağlıdır.

Daha çox göyərti, daha az kədər

Göyərti depressiya ilə mübarizə yollarından biri ola bilər: Tərəvəz istehlakı depressiyanın inkişafı ehtimalını 62% azaldır. Bundan əlavə, alimlər müəyyənləşdiriblər ki, yüngül və orta dərəcəli depressiya müalicəsində zəfəran çox səmərəlidir. Zəfəran bədənə təbii antidepressant təsiri göstərir. Həmçinin dadı da gözəldir.



REKLAM