Təzyiqi salan 2 MÖCÜZƏVİ ƏDVİYYAT
Mütəxəssislər hipertoniyanı "lal qatil" adlandırırlar. Bir çox hallarda yüksək təzyiq özünü heç bir əlamətlə büruzə verməsə də orqanizmdə ağır pozulmaların inkişafına gətirib çıxardır, insanın həyatını qısaldır.
Son zamanlar bütün dünyada hipertoniya xeyli "cavanlaşmasıb". Mütəxəssislər bunu qeyri-sağlam qidalanma və həyat tərzi, xroniki streslərin olması ilə izah edirlər.
Bu səbəbdən həkimlər hətta sağlam və cavan insanlara təzyiqi vaxtaşırı olaraq ölçməyi tövsiyə edirlər.
Hipertoniya xəstələri daim çalışmalıdır ki, təzyiqin göstəriciləri normaya yaxın olsun ki, yüksək təzyiqin orqanizmə olan öldürücü təsiri azalsın.
Saglamolun.az Public Health England (PHE) istinadla bildirir ki, qidalanmada bəzi dəyişikliklər etməklə arterial təzyiqi normallaşdırmaq mümkündür. İlk növbədə duzun qəbulunu azaltmaq və yağlı qidaları məhdudlaşdırmaq lazımdır. Həmçinin normal bədən çəkisi də çox vacibdir.
Mütəxəssislər qeyd edirlər ki, sarıkök və zəfərandan müntəzəm istifadə edən insanlarda təzyiqin göstəriciləri daha yaxşı olur. Bu 2 ədviyyat damarların sağlamlığını qoruyur və orqanizmə güclü antioksidant təsir edir.//milli.az