180-200 təzyiqi hiss etməyən adamlar – Nə etməli?
Tibbi statistikaya görə, 30-40% xəstələr çox yüksək təzyiqi hiss etmirlər, nə başları ağrıyır, nə gözləri.
Hətta bəziləri uzun illər təzyiq xəstəsi olduqlarını da bilmədən yaşayırlar. Və günlərin bir günü qəfil qalxan təzyiq fəsadını göstərir.
Təzyiqi hiss etməməyin səbəblərini təqdim edirik.
İlk öncə qeyd edək ki, əgər bir insanda gündəlik təzyiq 140/90- dan yuxarıdırsa, o hipertoniya xəstəsidir və təzyiqi hiss etdi etmədi bu müalicə olunmalıdır.
Təzyiqi hiss etməyənlər kimlərdir:
– Piylənməsi olanlar
– Şəkərli diabet xəstələri
– Bəzi xroniki xəstəliyi olanlar
– Ürəyində gizli problemi olanlar
– Uzun müddət bədəni bu təzyiqdə dayanmağa məcbur edib tədbir görməyənlər
Nə etməli?
Həkimə getməzdən öncə təzyiq gündəliyi tutun.
Tanometr alıb, hər gün 3 dəfə müxtəlif saatlarda təzyiqi ölçüb, bura qeyd edin.
Bunun sayəsində siz yüksək rəqəmləri bir dəfə də olsun tutacaqsız və həmin vaxt özünüzü necə hiss edəcəyinizi biləcəksiz.
2-ci variant- xüsusi sutkalıq təzyiq ölçən elektron cihazı qoşdurmaq. Bunu xəstəxanada edirlər. Cihaz bədənə taxılır və siz 1 gün bu cihazla gündəlik həyata davam edirsiz. Siz yuxuda olanda belə o təzyiqi qeydə alır. Sonra həkim bu qeydlərə baxır. Cihaz təzyiqinizi siz hiss etmədən hər 30dəqiqədən bir ölçəcək.
Əgər təzyiq gündə 1 dəfə də olsa 150-160-ı keçdisə nə etməli?
– Ürəyin USM – ekokardioqrafiyasını etdirməli
– Kardioqramma çəkdirməli
– Boyun və başın şah damarlarının UZİ-sini etdirməli. Ayaq damarlarının dopleri
– Analizlər vermək: qan analizi, sidik analizi, kreatin, sidik turşusu, xolesterin, LDH – lipid, qanda şəkər
Yüksək təzyiqin səbəbləri araşdırılıb, hər gün təzyiqin neçə olmasından asılı olmayaraq qəbul edəcəyiniz dərman təyin ediləcək.
Özünüzə necə kömək etməli?
– Qidalanmanı dəyişməli, ağır, yağlı, duzlu, şirniyyatı azaltmalı
– Bədən çəkisini az da olsa azaltmaq
– Fiziki aktivlik
– Gündə ən azı 5000 addım gəzmək
– Yanaşı xəstəlikləri müalicə etmək
– Hər gün 1,5 litr təmiz su içmək
– Stresi azaltmaq \\Medicina