sehiyye.info

Beyin fəaliyyətini yaxşılaşdırmağın 5 yolu

Beyin fəaliyyətini yaxşılaşdırmağın 5 yolu
Endokrinoloq Zöhrə Pavlova beyin fəaliyyətini yaxşılaşdırmağın 5 sadə yolunu açıqlayıb.

Sehiiyye.info xəbər verir ki, həkim ilk növbədə fiziki aktivliyə üstünlüyün təsirlərindən söz açıb.

O bildirib ki, bu zaman beyin daha çox neyroplastik olur və insanı xoşbəxt hiss etdirən kimyəvi maddələr əmələ gətirir.

Sağlam yuxu ikinci yerdədir. Pavlovanın sözlərinə görə, yuxunun beyinə təsiri tam başa düşülmür. Bununla belə, gecə yuxusu zamanı xatirələr arxivləşir və yeni sinir əlaqələri yaranır, qısa gündüz yuxusu isə faktları yadda saxlamaq qabiliyyətini yaxşılaşdırır, yaradıcılığı artırır.

Qəhvə beyinə çox yaxşı təsir edir, enerji artımı verir, yaddaş və idrak funksiyalarını yaxşılaşdırır, konsentrasiyanı və reaksiyaların dəqiqliyini artırır. Onun istifadəsi üçüncü yerdədir.

Pavlovanın 4 və 5-liyinə 10-15 dəqiqəlik meditasiya və mütaliə də daxildir.//publika



REKLAM