sehiyye.info

Xərçəngin müalicəsi tapılır

 Xərçəngin müalicəsi tapılır
Elmi ictimaiyyət xərçəngin müalicəsində əhəmiyyətli irəliləyişlərə çox yaxındır.

Sehiyye.info xəbər verir ki, bunu "Pfizer" əczaçılıq şirkətinin prezidenti və baş direktoru Albert Burla deyib.

"Xərçəng sahəsində elm yetkinləşdi və yaxın illərdə mövcud müalicə üsullarında əhəmiyyətli irəliləyişlərin şahidi olacağıq. Digər xəstəliklər haqqında o qədər də optimist deyiləm, lakin xərçəng üçün hədəfə yaxınıq", - o bildirib.

O, koronavirus pandemiyası ilə bağlı da danışıb:

"Biz dincəlməli və sakitləşməli deyilik, amma bu hazırda məni narahat etmir. Çünki artıq həm peyvənd, həm də müalicələr mövcuddur. Əgər onlardan düzgün istifadə olunsa, insan ölümünün qarşısını alarıq".//axar.az



REKLAM