sehiyye.info

Meymun çiçəyindən qorunmaq üçün yoluxan şəxsə toxunmamalısız - İnfeksionist

Meymun çiçəyindən qorunmaq üçün yoluxan şəxsə toxunmamalısız - İnfeksionist
“Meymun çiçəyi” virusunun ölüm faizi yuxarı olduğu üçün təhlükəli hesab olunur. Ancaq adıçəkilən virus yeni deyil. Bu xəstəlik 1950-ci ildə aşkar olunub və bir müddət sonra peyvəndlərin yaradılması ilə yayılmasının qarşısı alınıb.
Sehiyye.info xəbər verir ki bunu infeksionist-hepatoloq Mərdan Əliyev deyib.

O qeyd edib ki, bu virus qorxulu olsa da, koronavirus kimi dünyada geniş yayılması mümkün deyil: “ “Meymun çiçəyi” virusu təbii çiçək xəstəliyinə bənzərdir. Bu virus adından da göründüyü kimi, Afrika meşələrində olan meymunlarda yaranıb. Daha sonra isə orada olan insanlarla təmasa keçdiyi üçün insanlarda da bu xəstəlik yayılmağa başlayıb. Amma “Meymun çiçəyi” virusunun COVID-19 kimi geniş yayılması real deyil.

Bu xəstəliyə yoluxan insanlarda dəri səpkiləri, qızdırma, baş ağrıları, yorğunluq və ürəkbulanma müşahidə olunur. Virusa yoluxan insanlarda 35-40 dərəcə temperatur qeydə alına bilər. Dəri səpkilərində isə insan bədənində böyük suluqlar əmələ gəlir və daha dərin olur. Hətta sağaldıqdan sonra belə bədəndə müəyyən çapıqlar qalır. Azərbaycanda bu xəstəliyin yayılmasının qarşısını almaq üçün ilk öncə xaricdən gələn şəxslərə xüsusi nəzarət edilməlidir.

Bizim ölkəmizdən Afrika ölkələrinə gediş-gəliş çox olmadığı üçün yayılma ehtimalı azdır. Ancaq qonşu ölkələrdə “Meymun çiçəyi” virusu aşkar edilərsə, o zaman Azərbaycanda da yoluxmalar olacaq. Hazırda bu ehtimal azdır və adıçəkilən xəstəlik tez yoluxma xüsusiyyətinə malik deyil. Bu virus əsasən toxunma və hava vasitəsi ilə yoluxa bilər. İnsanlar bu virusdan qorunmaq üçün maskadan istifadə etməli və yoluxan şəxsə toxunmamalıdır. Ümumiyyətlə, gigiyenik qaydalara riayət etməklə “Meymun çiçəyi” virusundan qorunmaq olar”. /publika.az/



REKLAM