sehiyye.info

Onkoloq həkim intihar edib ? Açıqlama

Onkoloq həkim intihar edib ? Açıqlama
ATU-nun Onkologiya Kafedrasının baş laborantı, mammoloq-cərrah Zeynalova Sahibə Məhəmməd qızı qəfil vəfat edib.

Sehiyye.info xəbər verir ki, bu barədə onun yaxınları sosial şəbəkədə məlumat yayıb.
41 yaşlı S.Zeynalova bu gün səhərə yaxın dünyasını dəyişib.

Məsələ ilə bağlı açıqlama verən universitetin mətbuat xidmətinin rəhbəri Günel Aslanova bildirib ki, mərhum hər hansı xəstəlikdən əziyyət çəkməyib: “Onun hansısa bir xəstəliyi olmayıb. Elə gecə yatıb səhər durmayıb”.
Lakin ilkin araşdırmalara görə mərhum onkoloq Sahibə Zeynalova özünə iynə vuraraq qəsd edib.



REKLAM