"Semaşko"da bir gecədə 20 nəfər ölüb? — RƏSMİ AÇIQLAMA
Sosial şəbəkələrdə bu gecə 1 saylı Kliniki Tibbi Mərkəzdə (Semaşko) 20-ə yaxın koronavirus xəstəsinin vəfat etdiyi barədə məlumat yayılıb.
Sehiyye.info Publika.aza istinadən xəbər verir ki, hüquqşünas Mehman Sultanov ötən gecə yaxın qohumunun xəstəxanada vəfat etdiyini və onun qardaşının orada olarkən təxminən 20 nəfərin cənazəsinin çıxarıldığını gördüyünü bildirib.
Lakin xəstəxananın baş həkimi Ədalət Dadaşov deyilənlərin həqiqətə uyğun olmadığını bildirib.
Publika.az-a açıqlama verən Ə.Əddaşov ötən gecə xəstəxanada 3 koronaviruslu xəstənin vəfat etdiyini bildirib: "Deyilənlər tamamilə yalan sözlərdir. Bizə gətirilən bəzi xəstələr “Atletlər kəndi” ərazisinə göndərilir, ola bilər həmin şəxs bu prosesi müşahidə edib və yanlış fikir yürüdüb. Ötən gecə 1 saylı Kliniki Tibbi Mərkəzdə 3 nəfər Covid-19 virusu səbəbindən dünyasını dəyişib. Biz bütün məlumatları aidiyyatı üzrə təqdim edirik".