sehiyye.info

Qulaqda küy depressiya və nevroza səbəb olur - Həkim

Qulaqda küy depressiya və nevroza səbəb olur - Həkim
Qulaqda küy adətən birtərəfli olur. Onun səbəbləri çoxdur, təəssüf ki, çox hallarda müalicəyə tabe olmur.
Sehiyye.info xəbər verir ki, otolarinqoloq həkim Vladimir Zayçev qulaqda küyün orqanizmə təhlükəsindən danışıb:
“Əgər qulaq küyünə vaxtında diqqət yetirməyib, özü keçəcək düşünüb müalicə olunmazsa, o bütün həyata mənfi təsirini göstərəcək. Əgər küy qulaqla bağlı deyilsə, eşitmə siniri, boyun, baş beyin, sinir və vegetativ səbəbdən ola bilər. Xroniki təzyiq xəstələrində bu hal çox olur.
Küy bir dəfə yarandısa, özbaşına keçib getməyəcək. Zamanla isə dərinləşə, arta bilər.
İnsan hətta bu küydən depressiyaya düşüb, ağlını itirə bilər. İnsan o qədər bu küyə köklənir ki, normal işləyə, danışa, oxuya bilmir.
Vəziyyətin çıxılmaz olduğunu gördükdə, depressiyaya düşür. Bu zaman psixiatr müalicəsi də lazımdır.
Əgər küyə səbəb qulaq, daxili qulaq, qulaq içində kir tıxacıdırsa, bunu 10 dəqiqəyə həll edirlər. Əgər sinir, nevrit səbəbdirsə, bu zaman nevroloq 2-3 həftəlik müalicə təyin edir.
Əgər yüksək təzyiq səbəbdirsə, kompleks müalicə olunur. Qulaqda küy yaranan kimi dərhal 3-5 gün içində həkimə getmək mütləqdir”.//Bakupost.az



REKLAM