Yazda bel ağrılarının 2 əsas səbəbi - Həkim açıqladı
Yazda çox insanlar bel, əzələ, sinir ağrılarından şikayətlənir.
Sehiyye.info xəbər verir ki, rusiyalı manual-terapevt Andrey Kabıçkin bunun məşhur səbəblərini açıqlayıb.
“İldırımvari, sanki atəş atır kimi bel və döş qəfəsi nahiyəsində ağrılar yazda daha çox qışdan qalma və hava dəyişikliyi ilə bağlı onurğa ətrafında əzələ iltihabı ilə bağlıdır.
Yazda hava qeyri-stabil keçir, hava qəfil soyuyur. İnsanlar qış geyimindən çıxır.
Qışdan çıxan zəif əzələ sistemi soyuğa qarşı həssas olur. Bu zaman reflektor olaraq yığır, spazmlar ağrı verir. Əzələlər bərkiyir. Bu ağrıları insanlar hətta ürək, onurğa yırtığı ilə səhv salır.
Hava dəyişəndə əzələlər arası ödem baş verir. Kürəyi beli tərləyən insanlarda belə iltihab xroniki olur. Ona görə istər qadın, istər kişi bel əzələlərini geyimin altından pambıq mayka ilə qorumalıdır.
Digər ikinci səbəb aqrofitnes dediyimiz haldır. Yazda insanlar aktivləşir, bağda, dağda gəzir, torpaqda işləyir, müxtəlif kəskin hərəkətlər edirlər.
Bu da qışda hərəkətsizlikdən sükuta dalmış ostexondroz, yırtıq, radikulit və s. xroniki xəstəlikləri aktivləşdirir.
Ağrı bir siqnaldır, özü keçəcəyini gözləməyin. Şişkinliyi, ağrını iltihab əleyhinə mazlar, plastırlar, anestetik dərmanlar kəsir. Əgər vaxtında müalicə etsəz 3 günə keçir, etməsəz 1-2 həftə uzanır. İltihablı və ödemli əzələni soyuğa vermək, idman etmək, ağır fiziki iş görmək olmaz.
Ağrılara dözüb, heç bir tədbir görməmək onları daimi və xroniki edir. Əgər ağrı 2 həftədən çox çəkirsə və heç bir tədbirlə azalmırsa, o zaman həkimə müraciət mütləqdir”.//bakupost