sehiyye.info

Nəyə görə hava dəyişəndə sümüklərimiz ağrıyır? – Külək və rütubətin təsiri

Nəyə görə hava dəyişəndə sümüklərimiz ağrıyır? – Külək və rütubətin təsiri
Hava bir az soyuyan, tutulan kimi, yağış yağmazdan öncə çox insanlar sümüklərinin, oynaqlarının sıxıldayıb ağrımasından şikayətlənir. Əvvəllər bu ağrılar 50 yaşdan sonra insanlarda eşidilirdi. İndi isə gənclər də sümüklərin, diz və biləklərinin sancmasından gileylənir.

Bir çoxu bunu revmatizmə, bir çoxları isə meteohəssas olduqları üçün yağışı, küləyi əvvəlcədən hiss etdiklərinə yozur. Nəyə görə hava dəyişimi ağrı verir, səbəb nədir və bununla necə mübarizə aparmalı?

Sehiyye.info xəbər verir ki, bu vəziyyət oynaqlarda yerləşən baroreseptorlarla bağlıdır. Bildiyiniz kimi oynaqlar təkcə dizdə yox, çanaq, bud, çiyin, qollarda da var.

Hava rütubəti, nəmliliyi artan, temperatur aşağı düşəndə oynaqlar arası mayenin səviyyəsi azalır, bağlar genişlənir. Məhz bu an insan oynaqlarında ağrı, sızıltı hiss edir. Bu hər insanda olur, amma hamı heç də eyni hiss etmir. Daha çox artıq damar və oynaqlarında problemi olanlarda ağrı çox olur.
Nəm hava, güclü külək, qəfil soyuqların düşməsi mövcud xəstəlikləri ağırlaşdırır.

"Aşağı ətrafların soyuması, qan dövranı pozulması artritin yaranmasına daha da zəmin yaradır” – deyə həkim bildirir.
Sağlam insan yalnız çox güclü və qəfil hava dəyişimləridə diskomfort hiss edə bilər.

Bəs nə etməli?

Kəskin ağrılarda iltihab əleyhinə qeyri-stereod dərmanlar qəbul etmək lazımdır. Yalnız acqarına olmaz, onlar mədəni zədələyə bilir. Yüngül sızlamalarda isə iltihabəleyhinə yerli təsir edən mazlardan istifadə etmək yetərlidir.


Bu səhvi etməyin!

Çox insanlar oynaqlardakı ağrını azaltmaq üçün isti vanna, isti duş alır. Bunu etmək qəti olmaz. Əgər oynaq iltihablıdırsa, bu ağrını daha da artıracaq. Ona görə oynaqlarında iltihab və sızıltı olanlar isti sauna, duşdan uzaq durmalıdır.

Eləcə də belə havalarda ağrı varsa masaj, idman, fitnes və məşqləri də təxirə salmaq lazımdır. İltihablı oynağa bu anda fiziki yük lazım deyil.//medicina.az



REKLAM