sehiyye.info

SAĞLAMLIQGözəlliyin keşiyində dayanan bitki

SAĞLAMLIQGözəlliyin keşiyində dayanan bitki
Diyetoloq, tibb elmləri doktoru Mixail Qinzburq hesab edir ki, ispanaq gözəlliyi və gəncliyi qoruyan faydalı bitkidir.

Sehiyye.info Rusiya mətbuatına istinadən xəbər verir ki, həkim ispanaq yarpaqlarının kalsium və C vitamini ilə zəngin olduğunu deyib.

“Bu, kollagen sintezini gücləndirir və dərini daha elastik edir. Bundan əlavə, ispanaq dərinin vəziyyətinə müsbət təsir göstərən çox miqdarda A vitamini ehtiva edir. İspanaq regenerasiya prosesləri üçün son dərəcə vacib olan fol turşusunun mənbəyidir. O, insan orqanizmini cavanlaşdırır və onun çatışmazlığı anemiyanın ağır formalarına gətirib çıxara bilər”, - Qinzburq vurğulayıb.

Mütəxəssis onu da qeyd edib ki, ispanaq orqanizmdə damarları və sümük toxumasını gücləndirməyə kömək edə bilər və onun tərkibində olan K vitamini ateroskleroz zamanı damarların zədələnməsinin qarşısını alır.//publika



REKLAM