sehiyye.info

Azərbaycanda tanınmış həkim vəfat etdi

Azərbaycanda tanınmış həkim vəfat etdi
Haciqabul Mərkəzi Xəstəxanasının keçmiş baş həkimi dünyasını dəyişib.

Sehiyye.info xəbər verir ki, Bizim.Media-nın yerli bürosunun məlumatına görə, Bəşirov Hafis Dəmir oğlu bu gün 67 yaşında vəfat edib.

Qeyd edək ki, o, 10 il Hacıqabul Rayon Mərkəzi Xəstəxanasının baş həkimi, 2007-2022-ci illərdə isə YAP Hacıqabul rayon təşkilatının sədri vəzifələrində çalışıb.

Allah Rəhmət eləsin!



REKLAM