sehiyye.info

Rayon xəstəxanasının baş direktoruna cinayət işi açıldı - SƏBƏB

Rayon xəstəxanasının baş direktoruna cinayət işi açıldı - SƏBƏB
Hacıqabul rayon Mərkəzi Xəstəxanasının baş direktoruna cinayət işi açılıb.

Sehiyye.infonun məlumatına görə, xəstəxananın baş direktoru Qarayev Beydulla Ərəstun oğlu barəsində Cinayət Məcəlləsinin 179.2-ci (Külli miqdarda mənimsəmə və israfetmə) maddəsi ilə ittiham elan olunub.

Cinayət işi üzrə ibtidai istintaq başa çatıb və baxılması üçün Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib. İş hakim Aqil Musayevin icraatına verilib. Proses sentyabrın 6-da keçiriləcək.

Cinayət işində Fərhadov Feyruz Fərhad oğlu zərərçəkmiş qismində tanınıb.//lent.az



REKLAM