Səhiyyə Nazirliyinin məhkəməyə verdiyi jurnalistin anası rəhmətə getdi.
Bu barədə məlumat jurnalistin dostları tərəfindən sosial şəbəkələrdə yayılıb
Qan xərçəngindən əziyyət çəkən jurnalist Teymur Kərimovun anası bu gün rəhmətə gedib.
Verilən məlumata görə, bu gün həm də jurnalistin məhkəməsi olub. Səhiyyə Nazirliyi Teymur Kərimova qarşı Cinayət Məcəlləsinin 147.2-ci (böhtan) maddəsi ilə cinayət işi qaldırılması iddiası ilə Nəsimi Rayon Məhkəməsinə müraciət edib.
Vəkillərin Səhiyyə Nazirliyinin hüquqi şəxs olaraq fiziki şəxsi xüsusi ittiham qaydasında məhkəməyə verə bilməməsi ilə bağlı qaldırdığı vəsatətdən sonra hakim hazırlıq iclasını iyunun 10-dək təxirə salıb.
Xatırladaq ki, T.Kərimov müalicəyə başlanılan ilk gündən indiyədək rüşvət verməkdən tamamilə müflisləşdiyini bildirərək Səhiyyə Nazirliyinin qarşısında etiraz aksiyası etmişdi. O, etirazını soyunaraq – anasının müalicəsi üçün paltarlarını çıxarıb satışa çıxarmaqla bildirmişdi.(AzPolitika)