sehiyye.info

“Vena xəstəlikləri: yeni üfüqlər” mövzusunda konfrans keçirild

“Vena xəstəlikləri: yeni üfüqlər” mövzusunda konfrans keçirild
Vena arteriyaları qanın beyin və ətraflardan, digər orqanlardan ürəyə qayıtmasına xidmət edir. Həmin arteriyalardakı problemlər vena trombozlarına və ya ağciyər emboliyası adlandırılan ölümcül hadisələrə səbəb olur. Uşaqlıq qanaxmaları ilə yanaşı, vena xəstəlikləri ana ölümlərinin əsas səbəblərindən biri kimi də xarakterizə olunur. Müasir dövrdə ağciyər emboliyasının qarşısını almağın çoxlu operativ üsulları var.

Sehiyye.info AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə aprelin 26-da Respublika Müalicəvi Diaqnostika Mərkəzində keçirilən “Mərkəzi və dərin vena xəstəliklərinin multidissiplinar müalicəsində yeni üfüqlər” mövzusunda konfransda danışılıb.

Konfransda qeyd edilib ki, son illər xroniki böyrək çatışmazlığı xəstələrində hemodializ üçün, onkoloji müalicələrdə uzunmüddətli kimyaterapiya müalicələri və ya reanimasiya - böyük əməliyyatlarda istifadə edilən santral venoz katerizasiya ilə əlaqədar xroniki venadaralma və tutulmaları həyat keyfiyyətini pozan patologiyalardır.

Mərkəzin şöbə müdiri, professor Əhməd Memiş venoz xəstəliklərinə giriş və endovaskulyar müalicə, ürək-damar cərrahı Anar Əmrah dərin vena trombozu və pulmonar tromboemboliyada müasir yanaşma, cərrah-uroloq, tibb üzrə fəlsəfə doktoru Rəşad Şolan hemodializ xəstələrində arteriovenoz fistul və problemlərin cərrahi həlli və həkim–radioloq Ağakişi Yəyhayev periferik venoz tromboz, endovaskulyar müalicə və cava filtrləri barədə məruzə ediblər.

Konfrans iştirakçılarına sertifikatlar verilib.



REKLAM